Üzvi kimya — tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir elmdir. Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər 2 elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ gətirən əsas dörd elementdir (O, H, N, C).[1]
Üzvi kimya karbohidrogenləri və onların törəmələrini, yəni karbon əsaslı birləşmələri öyrənən kimya sahəsidir. Üzvi kimya maddələrin quruluşunu, xüsusiyyətlərini, reaksiyalarını və sintez yollarını araşdırır. Aşağıda üzvi kimyanın əsas aspektləri və sahələri haqqında məlumat verilmişdir:
1. Karbonun unikal rolu: Üzvi kimyada əsas element karbon atomudur. Karbon atomları öz aralarında və digər elementlərlə (hidrogen, oksigen, azot, kükürd, halogenlər və s.) sabit kovalent əlaqələr yarada bilir. Bu xüsusiyyət karbon birləşmələrinin müxtəlifliyini və mürəkkəbliyini təmin edir.
2. Karbohidrogenlər: Üzvi kimyanın təməlini təşkil edən ən sadə karbon birləşmələri karbohidrogenlərdir. Karbohidrogenlər yalnız karbon və hidrogen atomlarından ibarətdir. Karbohidrogenlər iki əsas kateqoriyaya bölünür:
3. Funksional qruplar: Üzvi birləşmələrin kimyəvi və fiziki xüsusiyyətlərini müəyyən edən xüsusi atom qruplarıdır. Məsələn:
1. Sintez: Yeni üzvi birləşmələrin hazırlanması prosesidir. Üzvi sintez tibb, materialşünaslıq və kənd təsərrüfatı sahələrində geniş tətbiq olunur.
2. Reaksiyalar: Üzvi kimya reaksiyaları karbon birləşmələrinin kimyəvi çevrilmələrini öyrənir. Məşhur üzvi reaksiyalardan bəziləri:
3. Stereokimya: Molekulların məkan quruluşunu və bu quruluşun onların kimyəvi və fiziki xüsusiyyətlərinə təsirini öyrənir. Enantiomerlik və diastereomerlik kimi anlayışlar stereokimyanın əsasını təşkil edir.
4. Biomolekullar: Üzvi kimya bioloji proseslərdə iştirak edən böyük üzvi molekulları, məsələn, zülallar, karbohidratlar, lipidlər və nuklein turşuları öyrənir.
1. Dərman kimyası: Yeni dərman maddələrinin kəşfi və sintezini əhatə edir. Dərman kimyası xəstəliklərin müalicəsi üçün vacibdir.
2. Polimer kimyası: Plastiklər və sintetik liflər kimi uzun zəncirli molekulların hazırlanmasını və xüsusiyyətlərini öyrənir.
3. Material kimyası: Yeni materialların sintezi və tətbiqlərini əhatə edir, məsələn, elektronikada istifadə olunan üzvi yarımkeçiricilər.
4. Kənd təsərrüfatı kimyası: Pestisidlər, herbisidlər və gübrələr kimi kənd təsərrüfatı məhsullarının inkişafı və tətbiqi.
Üzvi kimya həyatın əsasını təşkil edən karbon birləşmələrinin müxtəlifliyini və mürəkkəbliyini öyrənməklə yanaşı, bir çox sahədə irəliləyişlərə və innovasiyalara yol açır.
Addukt - A və B reagentlərinin kimyəvi qarşılıqlı təsirindən alınan A və B-nin hər birinin tərkibində atom rabitələrinin xarakterləri dəyişməz qalan AB məhsuluna deyilir. Çox hallarda birləşmə reaksiyası nəticəsində əmələ gələn molekulyar kompleksə və ya birləşmələrə deyilir.
-N=N-azoqrupu olan üzvi birləşmələrdi.
Diazonium duzlarının aromatik aminlərlə, fenollarla və ya CH-turşularla müvafiq azobirləşmələri əmələ gəlmişdir.
Elektron qəbul edə bilən (elektron akseptor) protonla və yabaşqa kationlarla rabitə əmələ gətirə bilən hissəciklərə (atom, molekul və ya ion) deyilir.
Tərkibində formil qrupu olan üzvi maddələrdir.
Karbon atomlarının açıq zəncirlə birləşmiş üzvi maddələrdir.
Bir və ya bir neçə doymuş və ya doymamış tsikli olan karbitsiklik karbohidrogenlərə (aromatiklərdən başqa) deyilir.
Adətən tsiklik strukturu olmayan karbohidrogenlərə deyilir.
sp3-hibridləşmiş karbon atomları olan karbohidrogenlərdir. Alkanlar doymuş karbohidrogenlər olub, karbon atomların bütün valent elektronlarının hamısı qonşu karbon və hidrogen atomları ilə tam rabitə əmələ gəlməsinə sərf olmuşdur.
Bu termin üzvi maddələrin tərkibinə alkil qrupunun daxil edilməsinə (adətən alifatik zəncirə və ya aromatik nüvəyə) deyilir. Məsələn,
- hidrogenin və ya metalın alkil qrupu ilə əvəz olunması
- alkil qrupunun karbon-karbon ikiqat (C-alkilləşmə) və ya karbon-oksigen rabitəsinə birləşməsi (C- və ya O-alkilləşmə) və s.
Alkilləşmənin ən mühüm reaksiyası alkil qrupunun aromatik nüvəyə daxil edilməsidir.
Alkilləşməyə yaxın reaksiyalar müxtəlif funksional qrupları olan karbohidrogen fraqmentlərinin daxil edilməsidir (alkenləşmə, alkinləşmə, ketoalkilləşmə, halogenalkilləşmə və s.).
Bu termindən spirtlərin iştirakı ilə birləşmə reaksiyalarını və ya spirtin təsiri ilə gedən parçalanma reaksiyalarını göstərmək üçün istifadə edilir.
Analoji olaraq amimonoliz, asidoliz, ozonoliz, xloroliz və s. mövcuddur.
Karbon turşularında karboksil qrupunun hidroksilinin aminlə əvəz olunmuş törəməsidir. Məs., CH3CONH2 -asetamid.
Ammonyak molekulunda bir və ya bir neçə hidrogen atomların amin qrupu ilə əvəz olunmuş məhsuluna deyilir.
CH3NH2 - metilamin (birli)
(CH3)2NH - dimetilamin (ikili)
(CH3)3N - trimetilamin (üçlü)
Tərkibində amin qrupu (-NH2) və karboksil qrupu (-COOH) olan üzvi maddələrdir.
Müvafiq atsiklik analoqlarından termodinamik az stabil olan qoşalaşmış tsiklik sistemlərə deyilir. Belə ki, tsiklobutadien və tsiklooktadien antiaromatik sistemlərdir, çünki müvafiq qoşulmuş atsiklik birləşmələr-butadien və oktadiendən daha çox davamlıdır.
Üzvi kimya həyat kimyası kimi fəaliyyətə başlamışdır, belə ki, həmin vaxtda uzvi kimyanın laborotor kimyadan fərqli olması fikri var idi. Sonradan üzvi kimyanın karbon birləşmələri olması fikri irəli sürüldü. Buna səbəb isə üzvi maddələrin xüsusən daş kömürdə tapılması idi. Daha sonralar isə bu anlayışların vəhdət təşkil etməsi müəyyənəşdirildi. Üzvi kimyanı belə təsvir etmək olar: “Üzvi kimya - canlilarda və ətraf aləmdə tapılan elementlərin tərkibində olan, karbon birləşmələrinin kimyasıdır".
Üzvi birləşmələr bu gün bizim üçün əl çatılandır. Bunlar indiki canlı hüceyrələr–də və milyon illər ərzində ölü canlılardan çevrilmiş kütlələrdə olur. Bəzi üzvi birləşmələr əvvəllər müəyyən üsullarla alınırdı:
XVI əsrdə məşhur bir alkoloid olan xinin(quinine), Cənubi Amerika olan kinə ağacının qabığından ekstraksiya yolu ilə alınırdı və qızdırma-nı xüsusilə də malyariyanı müalicə etmək üçün istifadə olunurdu. Bu işi görən Yezuitlər (Yezuit qabığı dərman kimi tanınırdı) əlbəttə ki, xininin kimyəvi quruluşunu bilmirdilər. XIX əsrdə kimyaçıların əsas mövcud kimya ambarını daş kömür təşkil edirdi.Daş kömürü distil-lə etməklə, işıqlandırıcı və istilikverici qazlar (əsasən H2 və CO ), həmçinin aromatik birləşmələr olan, benzol, piridin, anilin, tio-fenlə zəngin qatran alınırdı.
Fenol Lister tərəfindən cərrahiyyədə antiseptik maddə kimi istifadə olundu və anilin boyalar sənayesinin əsas elementi oldu. Beləliklə, təbiətdə olan üzvi birləşmələrdən daha çox olan, yeni üzvi birləşmələrin kimyaçılar tərəfindən sintez edilməsi yollarının axtarılması başlandı. Hələ də istifadə olunan, boya növü olan qəhvəyi-bismarkın ilkin işləri Almaniyada aparılmışdır.
XX əsrdə neft daş kömürü ötüb keçdi, buna səbəb isə neftin yanacaq kimi istifadəyə yararlı olan metan ( CH4 – təbii qaz) və propan (C3H8 – istilik qazı ) kimi üzvi birləşmələrin, sadə karbohidrogenlərin əsas mənbəsi olması idi. Eyni vaxtda kimyaçılar yeni mənbə olaraq, göbələklər, mərcanlar və bakteriyalardan yeni molekulların axtarışına başladılar. Kimya sənayesi “toplu” və “seçmə” olaraq, paralel istiqamətdə inkişaf etməyə başladı. Toplu kimyəvi maddələr olan boyalar və plastiklər, sadə molekullar əsasında multitonlarla hazırlandığı halda, seçmə kimyəvi maddələr olan dərmanlar, parfümlər və dadverici maddələr daha kiçik miqdarda istehsal olunur və bu istehsaldan daha artıq gəlir əldə olunurdu.
Hazırda 16 milyon üzvi birləşmənin yazılışı məlumdur. Buna limit qoymaq olmaz (kainatın element atomlarının sayı istisna olmaqla). Təsəvvür edin ki, siz indi uzun zəncirli karbohidrogen zənciri düzətmisiniz və elə indicə də ora başqa bir karbon atomu birləş-dirməklə başqa bir karbohidrogen zənciri düzəldə bilərsiniz. Bu kimi proseslər sonsuz olaraq, müxtəlif növ birləşmələrdə gedə bilər. Lakin bu milyonlarla olan üzvi birləşmələr xətti karbohidrogenlərin geniş siyahısını yox, onların müxtəlif növ moekullarının qəribə xassələrini nümayiş etdirir.
Onlar bərk kristallar, yağlar, mumlar, plastiklər, elastiklər , mobil və ya dəyişkən mayelər , qazlar ola bilər .Məsələn: şəkər ağ kristal maddədir. Şəkər ucuz təbii birləşmə olub, bitkilərdən alınır.Uçucu, alışqan xassəyə malik olan karbohidrogenlər qarışığından ibarət olan benzin rəngsiz mayedir. Benzinin oktan ədədini artıran izooktan da rəngsiz mayedir.
Birləşmələrin rəngli olmasına ehtiyac yoxdur. Həqiqətən də biz tezliklə üzvi birləşmələrin göy qurşağının spektrlərinə çevrilməsini xəyal edəndə , qara və qəhvəyi rəngi xatırlamayacağıq . Cədvəl 1-də müxtəlif birləşmələrin rəngləri gostərilmişdir. Rəng bizim maddələri taniya bilməmiz üçün yeganə xassə deyil. Həmçinin iy bizim ətrafımızda olan maddələri duymamızı təmin edir. Bnlardan bəziləri tamamilə murdar üzvi birləşmələrdir. Məsələn: skunsun ifraz etdiyi iy iki tiolun (tiol – tərkibində SH qrupu olan birləşmədir) qarışığından ibarətdir.
Rəng | Xarakteristika | Birləşmə | |
---|---|---|---|
Qırmızı | Tünd qırmızı altıbucaqlı piltələr | 3-Metoksi benzoheptatrien-2 | |
Portağal rəngi | Tünd sarı iynələr | Dixloro didisiano xinon (DDX) | |
Sarı | Zəhərli sarı partlayıcı qaz | Diazometan | |
Yaşıl | Polad mavi parıltılı yaşıl prizmalar | 9-nitrozo culoldin | |
Mavi | İstiot iyli mavi maye | Azulen | |
Bənövşəyi | Bərk bənövşəyi maddənin tutqun mavi kondensatı | Nitrozo triftormetan |
Dözülməz pis iy 1989-cu ildə Frayburq şəhərində evakuasiyaya səbəb oldu. Tioasetonun üçlü-tioasetondan alınması cəhdi, xoşagəlməz iyin sürətlə yayılmasına səbəb oldu. Bu da şəhər sakinlərinin huşunu itirməsinə və ürək bulanmasına səbəb oldu. Bu səbəbdən şəhər sakinlərinin sürətli təxliyyəsi oldu. Nəticədə laborotoriya işinə son qoyuldu. Bu isə 1967-ci ildə Oksfordun cənubunda yerləşən Esko tədqiqat mərkəzinin riski sevən işçiləri tərəfindən üçlü triasetonun krekinq prosesinin təcrübəsinin təkrar aparılmasına səbəb oldu. Onların fikirləri ilə tanış olaq: “Əvvəlcə bizdə iy problemi ilə əlaqədar olaraq, bədbin düşüncə formalşdı. Belə ki, ilkin tədqiqatlar ərzində, qaliqların butulkalarından tıxac atılırdı, lakin yeni tıxac butulkalara vurulurdu. Hətta bu qısa müddətli proses binada 200 metr uzaqlıqda işləyən insanların ürəkbulanmasə və xəstələnməsi barədə şikayətə səbəb oldu.Bir neçə dəqiqə ərzində üçlü-triasetonun krekinqini tədqiq edən iki kimyaşımız restorona getdikdə, orada onlar özlərinə ətrafdakıların düşmən baxışları ilə baxdığını hiss ediblər.Onlar hətta afisantın onlrın ətrafına ətir vuraraq, onları lağa qoymasına dözüblər. Laborotoriyada aparılan işlərin dözülməz dərəcədə iy verməsi səbəbindən, bu işlərin bağlı sistemlərdə aparılması qərara alınmışdır. Onları başqa cür inandırmaq üçün, labarotoriyanın ətrafında (təxminən ¼ mil qədər uzaqlıqda) bir dəfə bir damcı aseton-hem-ditiol və bir dəfə də ana maddə olan,üçlütiotriasetonun kristalları görünən şüşəli şkafa yerləşdirildi. İy külək vasitəsilə bir neçə saniyədə hiss edildi”.
Tez təsir edən iylərdən üzvi kimyada p-krezol, m-krezol, fenollar, tiollar və s.
Dözülməz iyə səbəb olan əsas iki namizəd maddələr bunlardır: propanditiol (aseton– hem –ditiol kimi də adlandırılır) və 4-metil 4-sulfanil pentanon. Bu mübahisəli məsələni həll etmək üçün cəsarətli olan birinin olması mümkün deyil. Buna baxmayaraq, xoşagəlməz iylərin də öz tətbiq sahəsi var. Bizə boru vasitəsilə verilən təbii qazın tərkibinə qəsdən az miqdarda kükürd birləşməsi olan üçlü-tiobutil ((CH3)CSH) maddəsi qatılır. Az miqdar dedikdə, çox az miqdar nəzərdə tutulur. Bu maddə təbii qazın 50000000 bir hissəsinə qatılır, insanların qaz iyini hiss etməsinə kifayət edir. Digər birləşmələrin çox gozəl ətirləri var. Kükürd birləşmələrinin günahını yumaq üçün, biz yerdombalanına istinad etməliyik. Bu göbələk növü çox dadlıdır. Yerdombalanının bir paundunun qiyməti 400$-dır. Damascenon qızıl gülün iyinə səbəb olur. Əgər siz bunu indi bir damcı istifadə etsəniz, onun iyindən məyus olacaqsınız, çünki bu skipidar və kamforanın iyinə oxşardır. Lakin sabah sizin paltarlariniz gözəl gül ətri verəcək. Eyniylə, üçlütioase-tonun birləşmələrinin də, qatılığı azaldıqca iyi yaxşı olur. İnsanlar təkcə iy hissinə malik olan canlilar deyil. Biz təkcə gözlərimizdən istifadə edərək, dostlarımızı tapa bilərik, ancaq həşəratlar bunu edə bilməzlər.Onlar ağzına qədər dolu dünyada çox balacadılar və onlar birbirini öz xüsusi növlərinin və qarşı cinsin iyinə görə tapır. Bir çox həşəratlar uçucu birləşmələr ifraz edirlər.Bu da ki, inanılmaz zəif konsentrasiyalarda digər bir potensial həşərat tərəfindən qəbul ediulir. Sirikorninin həşəratlarda(dişi) çox az miqdarda olur.Sirikorninin (serricornin- siqaret böcəyinin seksusl feremonu) 3.5 milliqra-ı (mq) 6500 dişi böcəkdən alınır.
Qreyfrut meyvəsinə nəzər salaq. Əsas ləzzət kükürd birləşməsinin təzahürüdür və insanların 2˟10-5 hissəsi bunu seçə biələr.Kükürd birləşməsi qreyfrutda demək olar ki, təsəvvürolunmaz dərəcədə az miqdarda( 1 tonda 10-4 mq) olur. İyrənc dadı olan bitterinq maddəsi təhlükəli məişət əşyasıdır (tualet təmizliyində istifadə olunur) uşaqları bu maddədən Qorumaq lazımdır. Yadda saxlayın ki, bu kompleks üzvi birləşmə əslində bir duzdur. Bittering – müsbət yüklənmiş azot atomundan və mənfi yüklənmiş oksigen atomlarından ibarət maddənin suda məhluludur. Bəzi üzvi birləşmələrin insanlara qəribə təsiri var. Spirt və kokain kimi müxtəıif preparatlar, insanı müxtəlif yollarla qısamüddətli xoşbəxt edirlər. Onların da öz ziyanları var. Çoxlu spirt istifadə etmək səfalətə gətirib çıxarır və çoxlu kokain istifadə etmək sizi həyatin quluna çevirir. Yadda saxlayın, kokain ağ ölümdür.
Yağ turşuları pəhrizin məşhur tərəfdarıdır və daimi xəbərlərdə doymuş , monodoymamış , polidoymamış keyfiyyətləri ( pis və ya yaxşı) barədə xəbər verilir. Təbii ki, bu da üzvi kimyadır. Ağartı məhsullarının tərkibində olan QLT (qoşulmuş linol turşusu ) xərçəng əleyhinə istifadə olunur.
Başqa dəbli olan maddə rezveratroldur , hansı ki , qırmızı çaxırın tərkibində olub , ürək xəstəliyinin qarşısını almaq üçün faydalı təsir göstərən maddədir. Bu iki benzol həlqəsindən ibarət olan üzvi birləşmədir. Bizim qəbul etdiyimiz daha bir birləşmə Vitamin C – dir. Bu birləşmə qida rasionumuzun vacib faktoru olduğu üçün , vitamin adlanır.Vitamin C – nin çatışmazlığı nəticəsində yumşaq toxumaların , xüsusilə də ağızda olan yumşaq toxumaların degenerasiyası baş verir – bu da sinqa xəstəliyi adlanır. Uzun səyahətə çıxan dənizçilər bu xəstəlikdən əziyyət çəkirlər (Xristofor Kolumb bu xəstəlikdən əziyyət çəkib). Vitamin C primatlar , meyvə yarasalari , dəniz donuzları üçun vitamindir. Digər məməlilər vitamin C –ni özləri hazırlayırlar. Vitamin C həmçinin universal antioksidantdır. Vitamin C sərbəst radikalları bədəndə təmizləyərək , bizi xərçəg xəstəliyindən qoruyur.Bəzi insanlar fikirləşirlər ki,bu birləşmənin artıq istehlakı bizi zökəmdən qoruyur , ancaq bu hələ də tam sübut olunmamışdır.
Vitamin C İsveçrənin Rouş (Roche) şirkəti tərəfindən böyük miqdarda istehsal olunur.
Dünyanın hər yerində kimya əsalı şirkətlər müxtəlif kütlədə , yəni, bir neçə kiloqramdan minlərlə tona qədər üzvi birləşmələr istehsal olunur. Üzvi kimya istehsalı inanılmaz dərəcədə geniş miqyasa malikdir. Neft – kimya sənayesi proseslərində hər gün 10 milyonlarla ton xam neft (həmçinin neft məhsulları) istifadə olunur. Neftin daha çox hissəsi nəqliyyat vasitələrində yanacaq (benzin və dizel) kimi istifadə olunur. Ancaq onların bir hissəsi isə kimya sənayesində üzvi birləşmələr almaq üçün istifadə olunur. Esso (Exxon) və Shell kimi böyük şirkətlər bu sektorda üstünlük təşkil edir. Bəzi birləşmələr həm neftdən, həm də bitkilərdən alınır. Etanol sənayedə digər üzvi birləşmələrin alınması üçün başlanğıc material rolunu oynadığından , sənayedə etanol genəş miqyasda neftdən alınan etilenin katalitik dehidratlaşmasından alınır. Xüsusən Braziliyada etanol şəkər qamışının qalıqlarının fermentasiyasından alınır. Alınan etanol Braziliyada avtomobil yanacağı kimi istifadə olunur. Bu da artıq tullantılar verən neft istehlakını saxlayır və Rio De Janero və San Paulo kimi böyük Braziliya şəhərlərinin havasının keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Plastiklər və polimer maddələr neft-kimya sənayesinin məhsulu olan stearin , akrilatlar, vinilxlorid kimi manomerlərin böyük istehsal sahəsini əhatə edir. Bu böyük istehsal sahəsinin məhsulları : məişət əşyaları və mətbəx ləvazimatları, paltar lifləri (illik 24 milyon(mln) ton) ,avtomobil şinləri üçün elastik polimerlər, paketləmə üçün qaz qabarcıqlı polimerlər və s. Bir sözlə demək olar ki, plastikdən hazırlanmış hər şey var. BASF , Dupont , Amoco, Monsanto , Laporte , Hoechst və ICI kimi şirkətlər bu shədə liderdir. Dünya çərçivəsində illik olaraq 100 mln ton polimer istehsal olunur, təkcə ildə 20 mln ton PVX (polivinilxlorid) istehsalı üçün 50000 – dan artıq adam işləyir.Yuyulan qab – qacaqların çoxu plastik materiallardır. Lakin onları yumaq üçün istifadə edilən yuyucu maddələr kimyanın başqa bir sahəsidir. Unilever (Boyük Btitaniya) və Procter and Gamble(ABŞ) şirkətləri sabun, yuyucu vasitələr, təmizləyici maddələr, ağardıcı vasitələr – birsöznən müasir ev üçün lazım olan hər şeyi istehsal edirlər. Bu məhsullar limon və lavanda ətirli ola bilər, lakin onlar da əsasən neft sənayesinin məhsuludur. Hal – hazırda bu məhsulların tərkibini nə təşkil etməsi məlumatları hər – hansısa bir yolla bizə çatdırılır.
Gəlin hamı üçün məlum olan traş gelinin qabının üzərindəki onun tərkibi haqqındakı hissəyə diqqət yetirək. İlk baxışdan bunun mənası anlaşılmaz. Bu məlumat sadəcə olaraq qabın üzərində olmalıdır. Yeqinki bu cədvəldəki məlumatlar bu maddələr haqqında təsəvvürlərinizin yaranmasına səbəb ola bilər. Üzvi kimyəvi sənayesinə digər neftdən alınan yapıştırıcılar, hermetik, örtüklər və s. daxildir. Ciba -Geigy, Dow, Monsanto və Laporte kimi şirkətlər bu istehsalı həyata keçirir. Hazırda təyyarələr epoksid qatranlar ilə yapışdırılır və siz superglue (sianoakrilatın polimeri) yapışqanı ilə demək olar ki, hər şeyi yapışdıra bilərsiniz. Parça, plastik və kağız boyaması üçün geniş bir rəng bazarı var. Bu rəng və piqmentlət sənayesidir, bu sekorda lider ollan şirkətlər isə ICI və Akzo Nobeldir.
Ən məşhur boya yəqin ki, qədimdə bitkilərin distillsindan alınan indiqo boyasıdır. Hal-hazırda isə bu kimyəvi yolla alınır. İndiqo mavi cinsin rəngidir. Daha müasir rəng kimi ICI tərəfindən istehsal olunan benzodifuranonlardır(poliefir kimi sintetik parçalara dəbli qırmızı rəng verən maddə). Biz bir tip piqmenti müxtəlif rənglər şəklində hər gün plastik çantalar üzərində görürük.
Bu birşmələrdən ən yaxşısı olan metal kompleksi ftalosianidlər adlanır. Mərkəzdə yerləşən metalları (Fe və Cu olan metal komplekslər daha məşhurdur) və kənarda yerləşən halogen atomlarını dəyişməklə, göy və yaşıl rəngin üstünlük təşkil etdiyi fərqli rənglər alınır. Piqmentin intensiv rəng verməsi üçün metala ehtiyac yoxdur. Portağalı və qırmızı rəng qradientində yüksək intensivlik nümayiş elətdirən Ciba–Geigy şirkəti tərəfindən düzəldilən DPP(1,4-diketopyrrolo[3,4-c]pyrroles) piqmenti buna bari nümunədir. Qırmızı 254 piqmenti plastiklər və boyalarda istifadə olunur.
Fotoqrafiyada rəng verən maddə əvvəllər qeyri üzvi birləşmə olan gümüş halogenidlər idi. Bu zaman ancaq, ağ-qara şəkillər alınrdı. Məhz bu səbəbdən fotoqrafiyada üzvijelatinlərin tətbiqi başlandı. Kodachrome filmlərində rəng iki rəgsiz üzvi birləşmənin qoşulma effektinə əsaslandı. Adətən aromatik amin oksidləşir və digər üzvi birləşməyə qoşulması nəticəsində rəngli birləşmə alınır.
Bütün göstərdiyimiz birləşmələrin hamısı karbohidrogen(karbon və hidrogen) skleti üzərində qurulub. Bu birləşmələrdə oksigen və azot çox miqdar, kükürd və fosfor isə az miqdar təşkil edir. Bu üzvi kimyanı təşkil edən əsas elementlər olmasına baxmayaraq, elmin inkişafı üçün dövri sistemin digər elementlərini də tədqiq etməliyik. Tərkibində ftor, xlor, brom, yod, natrium olan üzvi birləşmələr də mövcuddur. Laborotoriyada işlədilən uzvi reagentlərin tərkibinə daxil olan elementlərin (Si,Br,Cl,J,F,Li,Cu, Pd) də üzvi kimyası öyrənilmişdir. “Daha kiçik” elementlər dünyanın bütün yerində işlədilən vacib reaktivlərdir: Butillitiumtrimetilslisium,tributilstannumhidrid, dimetilmis litium. Halogenlər həmçinin dərmanlarda da istifadə olunur. Hal-hazırda antivirus əleyhinə kəşf olunan maddə fialuridine(tərkibinə yod və ftor, azot və oksigen daxildir), HİV və AİDS – lə mübarizə aparmaq üçün tətbiq olunur. Onlar təbiətdə modelləşmiş nuklein turşularıdır. Əvvələr deyirdilər ki, foskarnet(CPO5Na3) üzvi birləşmədir. Lakin əslində bu belə deyil. Buna səbəb isə foskarnetdə C – H rabitəsinin olmamasıdır. Qəribə maddələrdən biri də tetrakisdir(trifenilfosfin palladium- [(C6H5)3P]4Pd və ya (Ph3P)4Pd). Bu maddənin skletini C–P və P–Pd rabitələri təşkil edir. Bu birləşmədə də C –H rabitəsi yodur. Bu maddənin kimyəvi formulu (C72H60P4Pd) üzvi maddələrin kimyəvi formulu kimidir. Beləliklə bir balaca da olsa üzvi kimya ilə tanış olduq.
Üzvi kimya haqqında məlumatları dəstəkləmək üçün aşağıdakı etibarlı mənbələrə müraciət edilə bilər. Bu mənbələr üzvi kimyanın əsas anlayışları, reaksiyaları, sintez metodları və tətbiqləri haqqında geniş məlumat təmin edir: