Üçpər azimina | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Üçpər azimina |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Üçpər azimina (lat. Asimina triloba) — annonakimilər fəsiləsinin asimina cinsinə aid bitki növü.
Şimali Amerikadan Florida və Texasa qədər yayılmışdır.
15 m hündürlükdə koldur.Zoğları sıx tüklü,birillikləri çılpaq,qəhvəyi rəngdə,parıldayan,ikiillikləri isə boz,yaxşı gözə çarpan mərciməklərə malikdir.Tumurcuqlar qırmızımtıl-qəhvəyi rəngdə,tüklüdür.Yarpaqları tərs uzunsov-yumurtavari,uzunluğu 12-30 sm,eni 4,5-12 sm,uclardan qısa sivrləşmiş qaidəyə doğru getdikcə yastılaşmış,tamkənarlı,dərivari,xırda nöqtəvari vəzilərə malikdir.Çiçəkləri qəhvəyi və ya qırmızımtıl-qonurdur,1-3 sm uzunluqda,tüklərlə örtülü çiçək saplağı üzərində yerləşir.Çiçəkyanlığı 9 yarpaqcıqdan ibarətdir.Erkəkcikləri spiral şəklində düzülmüşdür.Dişicik 3-15 sərbəst,3-20 yumurtacığa malikdir.Kasa yarpaqları 3 ədəd,yumurtavarı iti,yaşılımtıl və tüklüdür.Ləçəklər enli yumurtavari,ucları dairəvi,arxaya əyilmiş olur.Aprel və may aylarında çiçəkləyir.Meyvəsi ellips formalı,5-7 sm uzunluqda,yaşılımtıl-sarı,sonradan qonurlaşandır.Toxumları 2-2,5 sm uzunluqdadır.Meyvələri sentyabr-oktyabr aylarında yetişir.
Şaxtayadavamlıdır,rütubət,işıqsevəndir.
Mərdəkan dendrarisində 2001-ci ildə introduksia olunmuşdur.Park və bağlarda çox az rast gəlinir.
Yaşıllaşdırmada,tək və qrup əkinlərində istifadə olunur.Tərkibində asitogen,toxumunda insan üçün lazım olan mikroelementlər vardır.