Üçyarpaq oxyarpaq

Üçyarpaq oxyarpaq

Üçyarpaq oxyarpaq - (lat. Sagittaria trifolia L.) — IUCN Qırmızı Siyahısına görə növün “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir. Azərbaycanda az rast gəlinən, nadir növdür. [1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik 20-50 sm hündürlükdə ot bitkisidir. Kökümsovu kökyumrulu zoğlar əmələ gətirən topaşəkilli ipvari köklüdür. Yarpaqları oxvari, üçbucaq və ya uzunsov-üçbucaq formalı sivri ayalı, ensiz üçbucaqlı, sivriləşmiş dilimlidir. Ləçəkləri ağ rəngdə olub, qaidəsində tünd – qırmızı, ləkəsizdir. Erkəkciklərin tozcuqları sarı rəngdədir. Meyvəcikləri düzgün olmayan üçbucaqlıdır, yan tərəflərdən bərk sıxılmışdır, üst və alt tərəfdən enli qanadlıdır, təpə hissədə qısa əyilmiş buruncuqludur [3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır. Hidro-hiqrofitdir. Rütubətli, sahillərin dərin olmayan yerlərində və bataqlıqlarda Alisma plantago –aquatica, Butomus umbellatus, Cyperus longus, Juncus lampocarpus, Eleocharis palustris və s. Bitkilərdən təşkil olunmuş assosiasiya tərkibində seyrək, kiçik qruplarla, həmçinin düyü əkinlərində rast gəlinir. Dərman və qida bitkisidir

Lənkəran (Lənkəran rayonu – Kiçik Qızılağac körfəzi) və Kür-Araz ovalıqları (Kiçik Hacıqabul gölü)

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azama tendensiyasını sürətləndirir

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Qlobal istiləşmənin artması ilə əlaqədar baş verən quraqlıqların nəticəsində körfəz və göllərin suyunun azalması, əhali tərəfindən qida və dərman bitkisi kimi istifadə edilməsi. 

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması məqsədəuyğundur. 

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=%C3%9C%C3%A7yarpaq%20oxyarpaq[ölü keçid]
  3. Флора Азербайджана, 1952