Üçəzyarpaq çaqqalqozu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Üçəzyarpaq çaqqalqozu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Üçəzyarpaq çaqqalqozu (lat. Xanthoceras sorbifolia) — bitki növü.
Şimali Çində, Şimali Koreyada yayılmışdır.
7–8 hündürlükdə ağac və ya hündür koldur. Yarpaqları növbəli düzülüşə malik olub, tək lələkvardır. 20–25 sm uzunluqda, 9–15 ədəd qarşı-qarşıya və ya növbəli düzülmüş yarpaqcığa malikdir. Yarpaqcıqlar 5 sm uzunluqda, 15 sm-ə qədər enində olub, lansetvarı, kənarı iri mişardişli, dərivarıdır. Üstdən tünd yaşıl, altdan bir qədər açıq yaşıl rəngdə olub, qıvrım tüklərlə örtülmüşdür. Sonradan bü tüklər tökülür. Çiçək qrupu sıx, çoxçiçəkli salxımlara toplanmışdır. Yarpaqlamadan əvvəl bolluca çiçəkləyir və bütün ağac çiçəklərlə örtülü olur. Kasayarpaqları 5, uzunsov, 6–7 mm uzunluqdadır, ləçəkləri 5-dir. Qaidə hissəsində erkəkcik çiçəklər qırmızımtıl, ikicinsli çiçəklər sarı ləçəklərə malikdir. Erkəkciklər 8 olub, 1,5 sm uzunluqdadır. Dişicik 3 yuvalı, 3 dilimlidir. Meyvəsi 5 sm diametrində üçbucaq yumurtavarı və ya ellipsvarı qutucuqdur. Toxumları qar rəngdə, fındıqcıqdır. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Dağətəyi zonalarda yayılıb.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Çox gözəl dekorativ ağacdır. Dağətəyi zonalarda və Kür-Araz düzənliyində suvarma şəraitində yaşıllaşdırmada geniş istifadə edilir.