İdeologiya

İdeologiya — siyasət yaxud sosial təlim yaradan, hökumətin, siyasi partiyanın, sosial sinfin davranışlarına istiqamət verən siyasi, hüquqi, elmi, fəlsəfi, dini, əxlaqi, estetik düşüncələr toplusu. İdeologiyanın nəzəri hissəsində Marksist düşüncələr əhəmiyyətli yer tutur. Marks, Lenin, Gramsci, Lukacs, Frankfurt Məktəbi, Althusser kimi mütəfəkkirlərin bu mövzuda mühüm fikirləri olmuşdur. Bundan başqa, ideologiya nəzəriyyəsi ilə maraqlanan digər mütəffəkirlərin də marksizmlə qarşılıqlı (marksizmə qarşı və ya marksizm tərəfdarı) olaraq fikirlərini irəli sürmələri böyük maraq doğurmuşdur.

ideologiya sözü fransızca idéologie (tələffüz: [ideoloʒiː]) (idée - fikir; düşüncə,[1] ologie -elm) sözündən yaranmışdır.[2]

Idéologie sözü ilk dəfə Fransa inqilabı dövründə, Antoine Destutt de Tracy tərəfindən işlədilmişdir və ilk ictimai istifadəsi 1796-cı ilə aiddir.


  1. "FransızcaSözlük.gen.tr — idéologie". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
  2. "Türk Dil Qurumu - ideologiya". 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.