Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İdman lotosu-82 | |
---|---|
rus. Спортлото-82 | |
Janr | Komediya |
Rejissor | Leonid Qayday |
Ssenari müəllifləri |
Vladlen Baxnov Leonid Qayday |
Baş rollarda |
Algis Arlauskas Svetlana Amanova |
Operatorlar |
Vitali Abramov Sergey Poluyanov |
Bəstəkar | Aleksandr Zasepin |
Rəssam | Feliks Yasyukeviç |
İstehsalçı | "Mosfilm" kinostudiyası |
İlk baxış tarixi | 1982 |
Filmin növü | bədii film |
Müddət | 89 dəqiqə |
Ölkə | SSRİ |
Dil | rus dili |
İl | 1982 |
Rəng | rəngli |
IMDb | ID0084716 |
"İdman lotosu-82" (rus. Спортлото-82) — rejissor Leonid Qaydayın filmi.
1982-ci ilin isti yay günü bir qrup adam qatarla istirahət məqsədilə cənuba gedir.
İş elə gətirir ki, bir kupedə tamam ayrı-ayrı adamlar gedir. San Sanıç alverçidir və SSRİ-nin şimalı və cənubu arasında portağalın qiymətində böyük fərq yaratmaqla varlanmaq arzusundadır. Onun kupe qonşusu sadə görkəmli polis sürücüsüdür. O, cənuba xalasının yanına gedir. Digərləri – çətin marşrutla dağlara gedən oğlan və polisdən idman lotosu alan qız (polis lotonu qızın bütün yemək azuqəsini yediyinə görə bağışlamışdı).
Bilet uduşlu çıxır. Lakin bunu kim əvvəlcədən bilə bilərdi ki?! Məsələ burasındadır ki, polis talonu özündə saxlayıb və oxuduğu kitabın arasına qoyub. Lakin kupedəkilərin hamısı eyni kitabı – Genian Zelyonovun "Ölümcül qətl" detektivini oxuyurdular. Yalnız sərnişinlər mənzil başına çatandan sonra kitabların dəyişik düşdüyü aydın olur.
Gənc oğlan tezliklə öz səhvi ucbatından itən talonu tapıb qıza vermək istəyir. Lakin digər tərəfdən də San Sanıç və onun əlaltısı talonu axtarışa çıxırlar. Görəsən bu talon sonda kimə qismət olacaq?..