İkinci Kappel müharibəsi | |||
---|---|---|---|
İsveçrədə reformasiya | |||
| |||
Tarix | 11 oktyabr 1531 | ||
Yeri | İsveçrə | ||
Nəticəsi | Katoliklərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
İkinci Kappel müharibəsi (alm. Zweiter Kappelerkrieg) — 1531-ci ildə, İsveçrədə reformasiya zamanı İsveçrə İttifaqının protestant və katolik kantonları arasında baş vermiş silahlı münaqişə.
Bu, Birinci Kappel müharibəsinin davamı idi 1529-cu ildə hərbi əməliyyatlar başlamadan başa çatan Birinci Kappel sülhü ümumi mənzərədə Sürixin başçılıq etdiyi protestantların xeyrinə idi.[1] Eyni zamanda, Sürixin faktiki rəhbəri Ulrix Svinqli sülhdən narazı qalmış və reformasiyanı bütün İsveçrəyə yaymaq üçün hərbi əməliyyatları bərpa etməyi planlaşdırırdı.[2]
Beş katolik kantonu Habsburqların hakimiyyətlə olduğu Müqəddəs Roma imperiyası ilə ittifaq qurduqdan sonra Sürix və Bern bu kantonları iqtisadi blokadaya salmışdır. Buna cavab olaraq, katolik kantonları qoşunlarını səfərbər edərək Sürixə doğru yürüş etmişdir. Bern Sürixə dəstək göndərməmişdi,[1] buna görə də onun qüvvələri katoliklərdən daha zəif idi. 11 oktyabr 1531-ci ildə Kappel yaxınlığında 7-8 min katolik ordusu ilə və 1,200–2,000 nəfərdən ibarət Sürix qüvvələri arasında döyüş baş tutmuşdur.[3][4] Döyüşdə protestantlar məğlub olmuş, aralarında Ulrix Svinqli də olmaqla 500 nəfər həlak olmuşdur. Onun cəsədi ertəsi gün tapılmış, dörd hissəyə bölünmüş və yandırılmışdır. Ardınca onun külləri murdarlanmışdır.[4][5]
Kappel döyüşündən sonra Bern və digər kantonlar Sürixin köməyinə gəldilər. 15 oktyabrda protestant kantonları yeni yürüşlərə başlamışdırlar. Zəif nizam-intizam səbəbindən irəliləmə yavaş idi, 23 oktyabrda Sürix qoşunları Mensingen yaxınlığında düşərgə salmışdılar. Gecə düşərgə hücuma məruz qalmış, protestantlardan 600-ə itki olmuşdur və geri çəkilməyə məcbur qalmışdılar. Noyabr ayında neytral kantonların vasitəçiliyi ilə sülh danışıqları başlamışdır. İkinci Kappel sülhü protestantlar üçün sərfəli olmşdur. Müqaviləyə görə, artıq protestantlığı qəbul etmiş kommunalar öz dinlərini saxlaya bilərdilər, lakin əksər ərazilərdə katoliklər üstünlük qazanmışdır. Protestantların üstünlük təşkil etdiyi strateji əhəmiyyətli yaşayış məntəqələri zorla katolik elan edilmişdir. İkinci Kappel sülhünün nəticələrinə görə İsveçrənin dini xəritəsi uzun müddət sabitləşmişdir.