İkinci ingilis-əfqan müharibəsi — 36 minlik ingilis qoşunlarının Əfqanıstana Heybər, Kurram və Bolan keçidindən üç sütunla soxulması ilə başlandı. Silahlanmada və təşkilat baxımından xeyli geriyə qalan əfqan ordusu geri çəkilməli oldu. 1879-cu ilin yanvarında ingilislər Qəndəharı aldılar. 26 may 1879-cu ildə isə Yaqub xan ingilislərlə, Qandamaq müqaviləsi bağladı. Bu sazişə görə Əfqanıstan İngiltərədən asılı olurdu. Alçaldıcı müqavilə Əfqanıstanda narazılıqla qarşılandı. 8 sentyabr 1879-cu ildə üsyan başladı. Kabildəki ingilis rezidenti öldürüldü. 27 iyul 1880-ci ildə Qəndəhar yaxınlığındakı, Məyvan döyüşündə, əfqanlar ingilis briqadasını darmadağın etdilər. Kabildəki ingilislər təxminən 100 minlik üsyançı ordusu tərəfindən mühasirəyə alındılar. Əfqanların inadlı müqaviməti, ingilisləri, Əfqanıstanın işğalından imtina etməyə və əmir Əbdürrəhmanla kompromis saziş bağlamağa məcbur etdi. 1880-ci il müqaviləsinə görə Əfqanıstan daxili işlərindən müstəqilliyini qorudu, ancaq xarici siyasət İngiltərəinin nəzarətinə keçdi. 1881-ci ildə ingilis qoşunları ölkədən çıxarıldı.
Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |