İkinci Şimali Suriya Bufer Zonası |
---|
İkinci Şimali Suriya Bufer Zonası, həmçinin Soçi sazişi və ya Soçi razılaşması[1][2] (türk. Soçi Mutabakatı, rus. Сочинское соглашение) — Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında bufer zona. Bu, 2019-cu ildə Türkiyənin Suriyanın şimal-şərqinə hücumu zamanı Rusiya və Türkiyə prezidentləri tərəfindən 22 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində imzalanmış anlaşma memorandumu əsasında yaradılmışdır. Regionun böyük hissəsi Suriya Ordusu və Rusiya Hərbi Polisi, bir hissəsi isə TSQ tərəfindən idarə olunur.[3][4][5]
Razılaşma Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 22 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən diplomatik zirvə görüşündə müzakirə edilmişdir.[4] Müqavilə üzrə danışıqların yekunlaşdırılması altı saat yarım çəkmişdir.[6]
Aparılan danışıqlardan sonra əldə edilən anlaşma memorandumuna əsasən, Suriyanın şimalında İkinci Şimali Suriya Bufer Zonası[7] regionda davam edən münaqişəni sona çatdırmaq məqsədilə bufer zona kimi formalaşdırılmışdır.[5]