İlham Kərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | İlham Kərimov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Boyu | 180 sm. (5 ft 6 in) |
İdman növü | Boks |
İlham Kərimov (2 iyul 1976) — Azərbaycanı təmsil edən boksçu.[1]
İlham Kərimov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] İlham Kərimov turnirin 1/8 final mərhələsində Estoniya nümayəndəsi Valeri Semisura qalib gəlsə də, 1/4 final mərhələsində Fransa nümayəndəsi Jean-Luis Mandengeya 4:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[2]
Həmin ilin avqustunda isə İlham Kərimov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi.[3] İlham Kərimov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İsveç nümayəndəsi İsmael Kone ilə üz-üzə gəldi.[3] Həmin görüşdə rəqibinə 2:22 hesabı ilə məğlub olan İlham Kərimov turnirdə mübarizəsini dayandırdı və Atlanta Olimpiadasını 17-ci pillədə başa vurdu.[3]
Avropa Çempionatı | Danimarka | |||
Olimpiya Oyunları | ABŞ |