İlliriya

İliriyanın əsas xalqları.

İlliriya (q.yun. Ἰλλυρία, İlliriya və ya Ἰλλυρίς, İlliris;[1] lat. Illyria,[2] Illyricum)[3]Balkan yarımadasının şimal-qərbində tarixi vilayət. Yerli sakinləri illiriyalılar olmuşdur. E.ə. 27-ci ildən Romanın İllirik əyalətinin tərkibinə Yuxarı İllirik (Dalmatiya) və Aşağı İllirik (Pannoniya) daxil idi. Sonralar Yuxarı Maziya, Resiya, NorikDakiya, Makedoniya, Yunanıstan İllirikə daxil edilmişdir. Roma ilə sıx iqtisadi əlaqələləri İlliriya əhalisinin romanlaşmasına kömək etmişdir. V əsrin əvvəlindən İlliriya vestqotların basqınlarına məruz qalmışdır. VI əsrdən İlliriyada slavyanlar məskunlaşaraq onun ərazisində bir sıra dövlətlər yaratmışdılar.[4]

  1. Polybius. Histories, 1.13.1.
  2. Lewis, Charlton T.; Short, Charles. Illyria // A Latin Dictionary. 2008-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-26.
  3. Dzino, Danijel. Illyricum in Roman Politics, 229 BC–AD 68 (ingilis). Cambridge University Press. 2010. ISBN 9781139484237. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2022.
  4. Иллирија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 424.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]