Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qutluq İltəriş xaqan | |
---|---|
Qədim Türkcə: çin. 頡跌利施可汗/颉跌利施可汗 | |
İkinci Göytürk xaqanlığının I xaqanı | |
682 – 694 | |
Sonrakı | Qapağan xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VII əsr və ya 650 |
Vəfat tarixi | |
Atası | İtmiş bəy |
Həyat yoldaşı | İlbilgə xatun |
Uşaqları | Bilgə xaqan, Kültigin |
Dini | Tenqriçilik |
Qutluq İltəriş xaqan —İkinci Göytürk xaqanlığının ilk xaqanı. İllig xaqanın nəslindən gəlirdi. Əsl adı Qutluqdur.
Doğum adı "Qutluq"dur. II Göytürk xaqanlığını qurduqdan sonra ona "İltəriş" (eli toplayan) adı verilmişdir.
681-ci ildə Uyğurlara hücum edərək onların yerini tutmuş, 17 sərkərdə ilə birlikdə 5000 əsgər toplamış və Çinə qarşı müharibəyə başlamışdı. 679-cu ildə üsyana qalxmış olan Aşide Yuançjeni məğlub etmişdi. İlk işi Çinin tərəfini tutan türklərə hücum etmək olan İltəriş 7 oğuz tayfasını məğlub etmişdi.[1] Daha sonra Aşide Yuançjen də onun tərəfinə keçmişdi.
683-cü ildə Çin valisi Van Demeunu edam edərək hakimiyyətini elan etmiş, knyaz Qui Yuan onları saxlaya bilsə də, İlterişin orduları döyüşlərdə Çinə ağır zərbələr vurmuşdu. Belə ki, türk torpaqlarının valisi Çjan Xinşi, Li Sikyan öldürülmüş, general Çuy Çjibyan isə əsir götürülmüşdü.
682-ci ildən sonra on il ərzində on yeddisi Çinə olmaqla qırx yeddi yürüş təşkil edən İltəriş xaqan onlardan iyirmisinə şəxsən qoşulmuşdur. Hər bir səfərində müvəffəq olduqları və heç vaxt məğlub olmadıqları iddia edilir.
694-cü ildə vəfat etmişdir. Yerinə qardaşı Qapağan xaqan keçdi.
İlbilgə xatunla evlənmiş, iki oğlu olmuşdur: