İlya Novikov

İlya Novikov
rus. Илья Новиков
Doğum tarixi (42 yaş)
Doğum yeri Moskva, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti "Nə? Harada? Nə zaman?" oyunçusu, hüquqşünas, müəllim
Mükafatları "Büllur bayquş" (2004, 2014)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlya Novikov (rus. Илья Новиков; 11 fevral 1982[1], Moskva[2]) — Rusiya[3]Ukrayna[4] vəkili. "Nə? Harada? Nə zaman?" televiziya klubunun oyunçusu.

Peşəkar karyerası

[redaktə | mənbəni redaktə et]

İlya Novikov Rusiya Dövlət Ədliyyə Universitetini fərqlənmə ilə bitirib. 2005-ci ildən orada hüquq və hakimlərin ixtisasının artırılması fakültələrində dərs deyir. 2011-ci ilin avqustundan "Qonçarova, Novikov və tərəfdaşları" hüquq bürosunun baş tərəfdaşıdır.[5] 2013-cü ilin yanvarından "Tenzor Consulting Group" konsaltinq şirkətinin tərəfdaşıdır.[6] Hazırda vəkil statusuna malikdir. Novikovun müştəriləri arasında — rusiyalı jurnalistlərin ölümündə və Ukrayna-Rusiya sərhədinin qeyri-qanuni keçilməsində günahkar bilinən ukraynalı hərbçi Nadejda Savçenko[7]Moldovada, xüsusilə iri məbləğdə dələduzluqda və pulların yuyulmasında ittiham olunan biznesmen və siyasətçi Vyaçeslav Platon[8][9] da olub. Novikov Nadejda Savçenko işilə əlaqədar olaraq, 2 ildən az bir müddətdə ukrayna dilini öyrənib.[10]

Nə? Harada? Nə zaman?

[redaktə | mənbəni redaktə et]

"Nə? Harada? Nə zaman?" teleoyununda 2002-ci ildə Marina Ufayevanın komandasının heyətində debüt edib. Sonralar Alesya Muxinin, Sergey Vivatenkonun və Aleksey Blinovun komandalarında çıxış edib. Dəfələrlə komandanın ən yaxşı oyunçusu seçilib. İkiqat "Büllur bayquş" (2004-cü ilin payızı, 2014-cü ilin yayı) və "Brilyant bayquş" (2014-cü ilin finalı) sahibidir. 2010-cu ildə karyerasında ilk dəfə superblitsi qazanıb.[11] 2011-ci il oyunlarının yay seriyası zamanı "Büllur bayquş" və böyük pul mükafatına olan namizədliyini komanda yoldaşı Qriqori Alxazovun xeyrinə geri götürüb.

Oyununun idman versiyasında "Ksep" komandasının heyətində çıxış edir. İlya Novikov dəfələrlə dünya çempionatlarının mükafatçısı olub, 2014-cü ilin dünya çempionudur.[12] 2002, 2013 və 2014-cü illərdə Rusiya çempionu olub. 2005-ci ildə "Nə? Harada? Nə zaman?" yarışı üzrə tələbələr arasında Avropa Kubokunun qalibi olub. 2006-cı ildə Rusiya yığmasının heyətində qeyri-rəsmi olaraq, "yığma komandalar arasında dünya çempionatı" adlandırılan Millətlər Kubokunun qalibi olub.[13]

2016-cı il mövsümündə İlya Novikovun da daxil olduğu Alesya Muxinin komandası oyuna buraxılmayıb. Proqramın aparıcısı və rəhbəri Boris Krük "Moskovski komsomoles" qəzetinə müsahibəsində etiraf edib ki, belə bir addımın atılması İlya Novikovun Nadejda Savçenkonu müdafiə etməsi ilə əlaqəlidir və əlavə edib ki, Novikov daha bilicilərin elitar klubunda oynaya bilməyəcək.[14] Novikovun özü yaranmış vəziyyətdə Krükü günahkar saymayıb. O, müsahibəsində bildirib ki, Savçenko işi başlayandan sonra hər an verilişdən öz təşəbbüsü ilə getməyə hazır olub.[15] Qısa müddət sonra KİV-də məlumat yayılıb ki, Novikov, "Nə? Harada? Nə zaman?" teleoyununun Ukrayna televiziyasında yayımlanan versiyasında oynayacaq.[16]

Digər televiziya layihələri

[redaktə | mənbəni redaktə et]

Ekranda ilk dəfə 1996-cı ildə efirə getmiş — "Tarixin təkəri" proqramında görünüb (Yuri Nikulinlə olan buraxılış). Studiyada tamaşaçı qismində olan Novikov, viktorinada verilən suallardan birinə ətraflı cavab verməklə yadda qalıb. Elə həmin ildə, 13 yaş 10 aylıq olarkən (bu göstərici ilə o, oyunun bütün tarixi ərzində iştirakçı olmuş ən gənc oyunçu olub[17]) "Öz oyunun" teleoyununda iştirak edib.[18] 5 il sonra yenidən "Öz Oyunun"a qayıdıb və qrosmeyster lojasından olan Larisa Arxipovanı məğlub edərək kompüter qazanıb. 2002-ci ildə, oyunun 45-ci mövsümündə qrosmeyster Aleksandr Edigeri məğlub edərək, Erich Krause şirkətindən əl işi olan qızıl qələm qazanıb.

Ən məşhur bilicilərdən biri kimi "Kim milyonçu olmaq istəyir?",[19] "Ən ağıllı" və s. intellektual teleşoulara dəvət edilib.

2011-ci ildə müğənni Yelena Perova ilə birlikdə "Amansız oyunlar" layihəsinin finalçısı olub. Novikov layihədə yüksək səviyyədə fiziki və psixoloji hazırlıq nümayiş etdirib.[20]

"Xəfiyyə-şou" layihəsində iştirak edib.

İlya Novikov "Nə? Harada? Nə zaman?"ın oyunçusu Anastasiya Şutova ilə evli olub. Onların toy mərasimi Şimal qütbünə dəniz səyahəti zamanı "Qələbənin 50 illiyi" adlı buzqıran gəmisində keçirilib.[21] Novikov əvvəllər teleoyunun digər iştirakçısı Yelena Potanina ilə yaxın münasibətdə olub.[22] 2015-ci ildə Novikovla Şutova boşanıblar.[23]

  1. svoya-igra.org (rus.). 2012.
  2. https://chgk.tvigra.ru/znatoki/?novikov (rus.). 1998.
  3. "Реестр адвокатов Российской Федерации – Результаты поиска – Новиков Илья Сергеевич". Министерство юстиции Российской Федерации. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-20.
  4. "Реестр адвокатов Украины – Результаты поиска – Новіков Ілля Сергійович". Национальная ассоциация адвокатов Украины.
  5. "Сайт фирмы "Гончарова, Новиков и партнеры"". 2011-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
  6. "Сайт фирмы "Tenzor Consulting Group"". 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-26.
  7. "Эхо Москвы :: Блоги / Первый день суда по делу Надежды Савченко". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-26.
  8. "Адвокат Савченко Илья Новиков будет защищать Вячеслава Платона". NewsMaker. 2016-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  9. "Мошенничество и отмывание денег. Прокуроры объявили, в чем обвиняется Вячеслав Платон". NewsMaker. 2016-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2017.
  10. "Адвокат Савченко выучил ради неё украинский язык". 2018-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-26.
  11. Игра команды Алексея Блинова 9 октября 2010 года Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine на сайте "ТВ Игра"
  12. Составы команд-участниц I чемпионата мира по ЧГК (2002 года) Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine и Результаты I чемпионата мира по ЧГК (2002 года) Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine
    Составы команд-участниц II чемпионата мира по ЧГК (2003 года)[ölü keçid] и Результаты II чемпионата мира по ЧГК (2003 года)[ölü keçid]
    Составы команд-участниц III чемпионата мира по ЧГК (2004 года) Arxivləşdirilib 2021-06-10 at the Wayback Machine и Результаты III чемпионата мира по ЧГК (2004 года)[ölü keçid]
    Составы команд-участниц V чемпионата мира по ЧГК (2006 года) Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine и Результаты V чемпионата мира по ЧГК (2006 года) Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine
    Составы команд-участниц VI чемпионата мира по ЧГК (2007 года) Arxivləşdirilib 2021-09-16 at the Wayback Machine и Результаты VI чемпионата мира по ЧГК (2007 года) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine
  13. "Сборная Израиля уступила команде России на Кубке наций по игре "Что? Где? Когда?"". Newsru.co.il. 2012-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.
  14. "Борис Крюк: как одеть знатоков в смокинги". Московский комсомолец. 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
  15. Татьяна Селезнёва. "Взять украинца, придумать обвинение, — Илья Новиков". Focus.ua. 2016-09-08. 2016-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-13.
  16. "Новикова пригласили в украинский "Что? Где? Когда?"". NewsOne. 26 августа 2016. 2016-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-12.
  17. ""Своя Игра" — Рекорды". 2018-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-06.
  18. Профиль Arxivləşdirilib 2018-07-30 at the Wayback Machine на сайте программы "Своя игра"
  19. Ника Ардова. "Друзь не прошел отбор в "Миллионере"!". "Komsomolskaya pravda". 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.
  20. Илья Новиков, участник финала проекта "Жестокие игры" Arxivləşdirilib 2012-07-16 at Archive.today
    15 мая 2011 года: Финал Arxivləşdirilib 2015-06-24 at Archive.today на сайте проекта "Жестокие игры"
  21. "Знатоки "Что? Где? Когда?" Илья Новиков и Анастасия Шутова поженились на атомном ледоколе". 2016-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-06.
  22. https://24smi.org/celebrity/1972-elena-potanina.html Arxivləşdirilib 2018-07-30 at the Wayback Machine Елена Потанина (биография, фото, видео)
  23. "Знатоки в Воронеже: «Сложно разбогатеть на игре в "Что? Где? Когда?"»". Рамблер. 2015-04-20. 2019-12-23 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]