İmpakt faktor

İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. 1960-cı illərdən başlayaraq o hər il 1992-ci ildə Thomson korporasiyasi tərəfindən alınmış və hazırda Thomson Scientific adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır və “Journal Citation Report” jurnalında dərc olunur. İF-yə görə jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyəti qiymətləndirilir, tədqiqatçılara maliyyə yardımı verilir və əməkdaşlar işə götürülür, impakt-faktor elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsinə böyük, lakin birmənalı olmayan təsir göstərir.

Hesablama metodikası

[redaktə | vikimətni redaktə et]

İmpakt faktorun hesablanması 3 illik dövrə əsaslanır. Məsələn, jurnalın 2014-cü ildəki i2014 impakt factoru aşağıdakı kimi hesablanmışdır: İ2014=A/B, burada A- Elmi İnformasiya İnstitutu tərəfindən 2014-cü il ərzində izlənilən jurnallarda 2012-2013-cü illərdə olan istinadların sayı, B-2012-2013-cü illərdə bu jurnalda dərc olunmuş məqalələrin sayıdır. Hesablamada bir sıra nüanslar (incəliklər) vardır. Elmi İnformasiya İnstitutu müəyyən tip məqalələri (xəbər, məktub, səhvlərin düzəliş siyahısı və s.) öz hesablamalarında nəzərə almış və bəzən yeni jurnallar üçün impakt faktor yalnız iki illik dövrə əsasən hesablanır.

Üstünlüklər və qüsurlar

[redaktə | vikimətni redaktə et]

Jurnalın İF-si tədqiqat sahəsindən və onun tipindən asılıdır: ildən ilə o əhəmiyyətli dərəcədə dəyişə bilər, məs., jurnalın adı dəyişdikdə çox aşagı hədəfə enə bilər və s. Bununla belə bu gün İF yaxın elm sahəsində elmi tədqiqatın səviyyəsini müqayisə etmək üçün ən mühüm göstəricilərdən (kriteriyalardan) biridir. Məsələn, elmi tədqiqatın investoru öz investisiyasının perspektivini qiymətləndirmək üçün tədqiqatçıların nəticələrini müqayisə etmək istəyə bilər. Bunun üçün impakt-faktor kimi obyektiv rəqəmli göstəricilərdən istifadə edilir. Elə bu səbəbdən belə ölçülərə ehtiyac olur.

İmpakt faktorun müsbət xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]
  • elmi ədəbiyyatın geniş əhatə edilməsi – 600 ölkədən 8400 jurnal indeksasiya olunur;
  • nəticələr ictimailəşdirilmişdir və asan əldə olunandır;
  • dərk edilmədə və istifadədə sadəlik;
  • yüksək İF olan jurnallar İF aşağı olan jurnallardan daha sərt resenziya sisteminə malikdir.

Bununla belə, impakt-faktor ideal deyil. Məs. istinadlarının sayının məqalənin keyfiyyətini nə dərəcədə əks etdirdiyi aydın deyil. Bundan əlavə, uzun müddət nəşrdə olan jurnalarda elə məqalələrə istinad olunur ki, onlar 3 illik intervala daxil deyil. Həqiqətən bir sıra jurnallarda məqalənin qəbul edilməsi ilə dərci arasındakı vaxt iki ildən artıq çəkir, beləliklə hesablanmalarda nəzərə alınacaq istinadlar üçün cəmi 1 il qalır. Digər tərəfdən istinadların nəzərə alındığı zaman çərçivəsinin uzanması impakt-faktorun dəyişikliklərə qarşı həssaslığını azaldır.

İmpakt-faktorun qüsurları

[redaktə | vikimətni redaktə et]
  • Əslində istinadların sayı, elə nəşrlərin sayı kimi tədqiqatın keyfiyyətini əks etdirmir;
  • İstinadların nəzərə alındığı vaxt çərçivəsi çox qısadır, klassik məqalələrə çox vaxt dərc olunduğundan on illərlə sonra da istinad edilir;
  • tədqiqatın müxtəlif sahələrində alınan nəticələrin təbiəti, onların impakt-faktora təsir edən sayda dərcinə gətirib çıxarır. Belə ki, tibbi jurnallar, riyaziyyat jurnallarından daha çox impakt-faktora malik olur.
  • İmpakt faktorun hesalanması şəffaf deyil və monopoliyalaşdırılmışdır.

2016-cı ildə elit jurnalların ( o cümldən Nature və Science) bir necə nəşriyyatlarının əməkdaşlarından bir qrupu məqalə dərc etdirərək, yalnız impakt-faktorla jurnalın keyfiyyətini qiymətləndirmək praktikasını tənqid etdilər. Onlar qeyd edirdilər ki, bu ona gətirib çıxarır ki. ayrı-ayrı nəşrlər və onların müəllifləri eyni xarakteristika ilə qiymətləndirilir. Bu qətiyyən düzgün deyil. Belə ki, məqalənin dərc olunduğu jurnalın impakt-faktoru məqalənin keyfiyyətindən və dəyərindən asılı deyil. Belə qiymətləndirməyə yol verməmək üçün müəlliflər naşirləri impakt-faktordan istifadədən imtina etməyə, onu jurnalda dərc olunan istinadların sayına görə paylanma əyrisi ilə əvəz etməyə çağırdılar. Yüksək impakt-faktorlu jurnallar daha cəzbedici olduğundan onların redaksiyalarına çoxsaylı maraqlı işlər təqdim olunur. Nəşrə təqdim olunmuş məqalələrin seçimi geniş olduğundan bu jurnallar öz reytinqini artırmaq imkanına malikdir. Nəşr oluna biləcəyindən daha çox məqalə alan jurnallarda müsbət effekt resenziyallaşdırmanın sərtləşdirilməsidir.

  1. Список импакт-факторов журналов за последние годы.
  2. Л. Гершензон. Методы оценки влиятельности СМИ // « Отечественные записки», 2003, № 4.
  3. В. Шувалов. Критерии и критики // «Поиск», 1997, № 42. — С. 6.
  4. Импакт-фактор отечественных журналов как показатель положения дел в российской науке (на примере геологических журналов).
  5. Реформа науки: взгляд изнутри.
  6. Импакт-факторы российских научных журналов в 2010 г.
  7. Игра в цыфирь, или как теперь оценивают труд ученого (сборник статей о библиометрике)
  8. Методики определения импакт-фактора журнала с использованием Web of Science и РИНЦ