İmperatorun ad günü | |
---|---|
Rəsmi adı |
天皇誕生日 天長節 |
Ölkə | |
Tarix | 23 fevral |
Vikianbarda əlaqəli mediafayllar |
İmperatorun ad günü (yap. 天皇誕生日 Tennō tanjōbi) – Yaponiyanın dövlət bayramı. Akihitonun taxta oturduğu 1989-cu ildən bəri dekabrın 23-də qeyd edilir.
İmperator Muşuhitonun hakimiyyəti dövründə (1868-1911) imperatorun ad günü noyabrın 3-də qeyd edilirdi.
İmperator Yoşihitonun hakimiyyəti dövründə (1912-1926) imperatorun ad günü avqustun 31-də qeyd edilirdi.
Söva imperatoru Hirohitonun hakimiyyəti dövründə (1927-1988) imperatorun ad günü aprelin 29-da qeyd edilirdi. Hirohitonun ölümündən sonra 29 aprel Yaşıllıq günü adı altında dövlət bayramına çevrildi, 2007-ci ildən isə Söva günü adlanır.
İmperator sarayı adətən kənar şəxslərə bağlı olsa da, imperatorun ad günündə və yanvarın 2-də sarayın ərazisini ziyarət etməyə icazə verilir. İmperatorun ad günündə imperator ailə üzvləri ilə birlikdə sarayın balkonundan onları görməyə gəlmiş insanları salamlayır.