İncirlik Hərbi Hava Bazası | |
---|---|
İncirlik Hava Üssü | |
İncirlik, Adana (Türkiyə) | |
Tipi | ABŞ-Türkiyə Birgə Hərbi Hava Bazası |
Vikianbarda əlaqəli mediafayllar |
İncirlik Hərbi Hava Bazası (türk. İncirlik Hava Üssü; ing. Incirlik Air Base; IATA: UAB, ICAO:LTAG) — Adana ilinin İncirlik bölgəsində yerləşən hərbi hava bazasıdır. Adana şəhər mərkəzinin 8 km şərqində və Aralıq dənizinə 56 km məsafədədir. İlk olaraq ABŞ Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən baza Kral Hərbi Hava Qüvvələri tərəfindən də istifadə edilir. İncirlik Hərbi Hava Bazası Türkiyə Silahlı Qüvvələrinə aid Hərbi Hava bazalarından birisidir, üzərindəki bütün infrastrukturla birlikdə mülkiyyəti Türkiyə Cümhuriyyəti dövlətinə aiddir.[1] Avropada taktiki nüvə silahı olan altı NATO bazasından biridir.[2]
1951-ci ildə tikintisinə başlanılan İncirlik Bazası 1951-ci ilin dekabrında Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin ortaq xidməti üçün istifadəyə verildi.[3]
İncirlik Hərbi Hava Bazasının qurulma qərarı 1943-cü ilin dekabrında ikinci Qahirə Konfransında verilsə də, tikintisinə İkinci Dünya müharibəsindən sonra başlanıldı. ABŞ Ordusu Mühəndislər Birliyi 1951-ci ilin bahar aylarında İncirlik Hərbi Hava Bazasının tikintisinə başladı. ABŞ Hərbi Hava Qüvvələri ilk başda orta və ağır bombardman təyyarələri üçün təcili mərhələləmə, xilas etmə yeri olaraq istifadə edilməyə planlaşdırıldı. Türkiyə Respublikası Ordusunun Baş Qərargahı və ABŞ Hərbi Hava Qüvvələri 1954-cü ilin dekabrında yeni hava bazası üçün ortaq istifadə razılaşması imzaladı. 21 fevral 1955-ci ildə hava bazasına rəsmi ad olaraq Adana Hərbi Hava Bazası adı verildi. 28 fevral 1958-ci ildə "İncirlik Hərbi Hava Bazası" adı verilmişdir. 15 sentyabr 1997-ci ildə Şimal İraqda keçirilən əməliyyatlar üçün istifadəyə hazır hala gətirilmişdi.
15 iyul 2016-cı ildəki çevrilişə cəhddə 2 ədəd tanker təyyarəyə çevrilişdə iştirak edən təyyarələrə yanacaq daşımaq üçün İncirlik Hərbi Hava Bazasından göyə qalxmışdır.[4]
İncirlik Hərbi Hava Bazasında təxminən əlli B61 nüvə bombası var.[5]