Bu məqaləni vikiləşdirmək lazımdır. |
İndekslənmiş ardıcıl giriş üsulu (ing. indexed sequential access method (ISAM)) – böyük verilənlər bazasında yazının axtarış müddətini azaltmaq üçün hər bir yazıya qarşı qoyulan unikal açardan istifadə edilməsi üsulu. Açar, yazıya müraciət etmək üçün onun istifadə olunan sahəsidir. Məsələn, firmanın əməkdaşlarının cədvəl siyahısında indeks olaraq sosial sığorta sisteminin fərdi nömrələrini istifadə etmək olar. ISAM-a uyğun olaraq, hər bir yazının açarı və yazıda digər verilənlərin göstəricisi ayrıca indeks faylında saxlanılır. Müəyyən yazını açarına görə tapmaq üçün proqram öncə çox da böyük olmayan açarların indeksli faylına baxır, sonra isə tapılmış açarın göstəricisindən istifadə etməklə digər verilənlərə keçir.