İndi-pop | |
---|---|
İndie Pop | |
![]() | |
Mənbəsi | Postpank, Canql Pop |
Yarandığı dövr | 1980-ci illər |
Ölkə | Yeni Zelandiya |
Indi pop (həmçinin indi-pop və ya indipop kimi yazılır) meynstrim pop musiqisinə zidd olan gitara popu DIY (özün elə) etikası ilə[1] birləşdirən musiqi janrı və alt mədəniyyət.[2] O, 1970-ci illərin sonlarında İngilis post-pankından[3] yaranıb. Oxşarı olan indie rok ilə müqayisədə bu janr daha melodik, daha az sərt və nisbətən daha vecsizdir. Alt janrlara kamera popu və tvit popu daxildir.
Həm indi, həm də indi pop 1970-ci illərin sonlarında eyni şeyə istinad edirdilər. Stilindən daha çox pank rokun DIY yönümlülüyündən ilhamlanan gitar qrupları o çağ, hamı kimi böyük səsyazma studiyalarıynan kontrakt imzalayıb yayımlanmaqdansa, bir birilərinə dəstək olub öz musiqilərini özləri buraxaraq yaranırdı. Emili Dolanın sözlərinə görə, indi janrı Velvet Underground- un distorşonlu musiqisi, erkən pankın "üsyankar qışqırığı" və Conatan Riçman kimi "rokun daha qəribə və ekssentrik fiqurları" üzərində qurulub. "The Monochrome Set's" -ın ilk sinqlları indie pop qrupu Smiths üçün o qədər təsirli idi ki, Coni Mar sonralar deyirdi, "onlar olmasaydı, The Smiths qrupu mövcud olmazdı".[4][5]
Instead, we're focusing on a more classic definition of the genre, one that marries guitar pop with D.I.Y. ethics.