İndoneziyada qətliamlar (1965–1966)

İndoneziyada qətliamlar
Ümumi məlumatlar
Yeri
Tarix oktyabr 1965
Ölü sayı
  • maks. 3.000.000
  • min. 500.000

İndoneziyada qətliamlarİndoneziyada 30 sentyabr hərəkatının uğursuz çevriliş cəhdindən sonra baş tutmuş antikommunist xarakterli qətliamlar. 1965–1966-cı illərdə ən ümumi hesablamalara görə, 500,000-dən çox insan qətlə yetirilmişdir. Təmizləmələr "Yeni sövdələşmə" rejiminə keçidin mühüm mərhələsini təşkil etmişdi. İndoneziya Kommunist Partiyası (İKP) siyasi qüvvə kimi ləğv olunmuşdu. Nəticədə iğtişaşlar prezident Sukarnonun devrilməsinə və Suhartonun otuz illik prezidentliyinin başlamasına səbəb olmuşdu.