İneciro Asanuma

İneciro Asanuma
yap. 浅沼稲次郎
23 mart 1960 – 12 oktyabr 1960
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1898(1898-12-27)[1][2]
Doğum yeri
Vəfat tarixi 12 oktyabr 1960(1960-10-12)[3] (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Dəfn yeri
  • Tama qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İneciro Asanuma (浅沼 稲次郎, Asanuma İneciro?, 27 dekabr 1898[1][2], Miyakecima, Tokio, Yaponiya imperiyası12 oktyabr 1960[3], Çiyoda)Yaponiya siyasətçisi, Yaponiya Sosialist Partiyasının rəhbəri. 1961-ci ildəki bir çıxışı zamanı Otoya Yamaquçi tərəfindən öldürülmüşdür.

İneciro Asanuma 1898-ci ildə Miyakecima adasında doğulmuşdur. O, bir neçə dəfə dövlət qulluğu imtahanından kəsildikdən sonra 1923-cü ildə Vaseda Universitetindən məzun olmuşdur. Burada tələbə hərəkatında iştirak etmişdir. 1922-ci ildə Yaponiya Kommunist Partiyasına qoşulsa da, proletar siyasətlə məşğul olmaq üçün 1924-cü ildə partiyadan ayrılmışdır.[4] 1923-cü ildə Yaponiya Mədən İşçiləri Birliyinə qoşulmuş, 1925-ci ildə Fermer-Fəhlə Partiyasının baş katibi seçilmişdir. Partiya tezliklə hökumət tərəfindən bağlanmışdır.[5] Aşio mədənindəki aksiyaları dəstəklədiyi üçün 5 aylıq həbsdə olmuşdur.[6]

1933-cü ildə Tokio Şəhər Şurasına qəbul olunmuş, 1936 və 1937-ci illərdə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilərək Sosial Kütlələr Partiyasını təmsil etmişdir. O, antiimperialist olsa da, 1932-ci ilə qədər Mancuriyanın "müstəqilliyini" dəstəkləmişdir. O, partiyasının sağçı "Tohokay" təşkilatı ilə birləşməsinə çalışmışdır.[4] 1940-cı ildə Takao Saytonun parlamentdəki antimüharibə çıxışını tənqid etmişdir.[7]

Müharibədən sonra

[redaktə | vikimətni redaktə et]

İkinci Dünya müharibəsindən sonra Yaponiya Sosialist Partiyasının qurulmasında iştirak etmişdir. 1946–1958-ci illərdə 7 dəfə Yaponiya parlamentinə seçilmişdir. 1948-ci ildə partiyanın baş katibi, 1960-cı ilin martında partiyanın prezidenti olmuşdur.[4]

Müharibədən sonra Yaponiya sosialistlərinin lideri olan Asanuma Yaponiya Sosialist Partiyasının yenidən silahlanmaya qarşı olan mövqeyinə başçılıq etmiş, 1957 və 1959-cu illərdə Çinə göndərilmiş partiya nümayəndəliklərinin başçısı olmuşdur. 1959-cu ildəki Çin səfəri zamanı Asiyadakı ABŞ imperializmini tənqid etmişdir. 1960-cı ildəki Yaponiya–ABŞ təhlükəsizlik müqaviləsinin imzalanmasına qarşı olan hərəkata başçılıq etmişdir. 1960-cı ildə seçkilərlə bağlı çıxışı zamanı sağçı bir aktivist tərəfindən bıçaqlanaraq öldürülmüşdür.[7]

  1. 1 2 Inejiro Asanuma // SNAC (ing.). 2010.
  2. 1 2 Inejiro Asanuma // Find a Grave (ing.). 1996.
  3. 1 2 Асанума Инэдзиро // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 Huffman. səh. 15
  5. The Japan Biographical Encyclopedia & Who's Who. səh. 77
  6. Frédéric. səh. 52
  7. 1 2 Huffman. səh. 16
  • Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 15–16. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 10 avqust 2024.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 77. İstifadə tarixi: 10 avqust 2024.
  • Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. ISBN 9780674017535. İstifadə tarixi: 2024.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]