İnfuzor-tərlik | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: İnfuzor-tərlik |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
Paramecium caudatum Ehrhart | ||||||||||
|
İnfuzor-tərlik, quyruqlu tərlik (lat. Paramecium caudatum) — Sadə birhüceyrəli orqanizmlərin infuzorlar tipinin tərliklər (Paramecium) cinsinə aid növ.
İnfuzor-tərlik su hövzələrində yaşayır.
Tərliyin bədəni xaricdən qılafla örtülmüşdür. Bədən üzərində çoxlu miqdarda kirpiciklər və qısa çöpcüklər vardır. Kirpikİər tərliyin üzməsində, qidalanmasında rol oynayır.
Nisbətən uzun kirpikİər olan yerdən nov-şəkilli yarıqda ağız dəliyi və onun qurtaracağında qısa udlaq yerləşir. Tərlik qıcıqlandırıldıqda qısa çöpcüklər iy şəkİində xaricə çıxır, düşmənin, yaxud ovun bədəninə sancılır və yəqin ki, dələnmiş orqanizmə zəhərli maddə daxil etməkİə onu iflic edir. Tərliyin iki nüvəsi vardır: böyük nüvə və kiçik nüvə. Bunlar sitoplazmadan məsaməli nazik qılafla ayrılmışdır. Bundan başqa tərliyin bədəninin ön və arxa hissəsində yığılıb-açılan ulduz şəkilli iki ədəd qovuqcuğu vardır. Hərəkəti. Tərlik bütün bədəninin səthini örtən kirpiklərinköməyi ilə vintvari üzür.
Bədənin ortasında olan novçada ağız yerləşir. Kirpikİərin köməyi ilə yosun və bakteriyalar ağızətrafı çökəyə yönəldilir. Ağıza düşmüş qida udlağa, buradan da sitoplazmaya daxil olur və ətrafında həzm qovuqcuğu əmələ gəlir. Həzm qovuqcuğu udlaqdan ayrılıb sitoplazmada tədricən hərəkət edir. Beləlikİə, qida həzm olunur və bütün bədənə yayılır. Həzm olunmayan qida qalıqları isə tullantı dəliyindən xaric edilir (şəkil5).
Xüsusi tənəffüs orqanı yoxdur, tənəffüs bütün bədən səthi ilə gedir.
Sitoplazmada toplanan su və onda həll olmuş zərərli maddələr gətirici kanalcıqlar vasitəsilə yığılıb-açılan qovuqcuğa toplanır, oradan isə xaric edilir. Qida qalıqları isə tullantı dəliyindən xaric edilir.
İçərisində tərlikİər olan su damlasının bir tərəfinə duz kristalları əlavə etsək, tərlikİərin damlanın duzlu hissəsindən uzaqlaşdığını görərik. Başqa bir təcrübə: həmin duzlu damlanın yanına başqa bir damla qoyub, hər iki damlanın arasını ensiz axınla birləşdirək. Bir müddətdən sonra tərlikİər duzsuz damlaya keçəcəkdir. Bu təcrübələr göstərir ki , tərlikdə də qıcıqlanma qabiliyyəti vardır.
Tərlik 1 yolla — qeyri-cinsi yolla çoxalır. Amma onda cinsiyyətli prosesdə var(cinsiyyətli prosesdə infuzor-tərliyin sayı çoxalmır) Qeyri-cinsiyyətli çoxalma zamanı tərliyin hər iki nüvəsi iki yerə bolünür, bədənin üzərində isə eninə arakəsmə əmələ gəlir. Bu arakəsmə get-gedə dərinləşir və tərlik bərabər hissəyə bölünür, nəticədə iki cavan tərlik əmələ gəlir. Təxminən bir sutkadan sonra onlardan hər biri yenidən bölünür. Tərliyin cinsiyyətli prosesi konyuqasiya adlanır. Cinsiyətli proses sayəsində əmələ gələn infuzorların həyatiliyi yüksəkdir. Onlar yaşama şəraitinə daha yaxşı uyğunlaşır. Bu haqda daha ətraflı məlumat ali məktəb dərslikİərində verilir.
Yaşayış şəraiti əlverişli olmadıqda amöblərdə olduğu kimi, infuzor da sista halına keçir. Bu vəziyyətdə onlar nə qidalanırlar, nə də hərəkət edir. Yalnız əlverişli şərait olduq da bu sistalar dağılır və tərlik fəaliyyətini davam etdirməyə başlayır. İnfuzorların əksəriyyəti sərbəst yaşayır. Hazırda Azərbaycan faunasında (Xəzər dənizi də daxil olmaqla) infuzorların 800-ə qədər növü məlumdur.