İngilis fəlsəfəsi

İngilis fəlsəfəsi (ing. British philosophy) orta əsrlər dövründə, ingiltərə fikirlər xüsusiyyəti ilk dəfə meydana çıxan vaxt yaranmışdı. İlk ingilis filosofları özlərini realizə edə bilmiş Britaniya sakinləri hesab edilir: Alkuin, İoann Skot Eriuqenaİoann Duns Skot. Orta əsr sxolastikasını İngiltərəyə Kenterberili Anselm gətirmişdi.

Zaman keçdikcə eyniadlı ingilis universitetinin ətrafında XIII əsrdə Oksford məktəbi formalaşmışdır. O, Rocer BekonUilyam Okhamın parlaq nümayəndələri olduqları ənənəvi ingilis fəlsəfəsi olan nominalizmin əsasını qoymuşdur. Nominalizm ingilis fikirlərinin özünəməxsusluğunu (idrak nəzəriyyələrdə diqqətliy və antimücərrəd istiqaməti) müəyyən etmişdi.

İntibah fəlsəfəsidə öz izini qoyub. Tomas Mor utopiya termini saldı və müasir sosializmin banisi oldu. Frensis Bekon Britaniya empirizmə başlanğıcını qoydu və həqiqətin meyarını təcrübə elan etdi. Onun fikrincə, İngiltərə dövləti gücünü elm və elmi tərəqqi üstündə qurmalıdır. İdrak nəzəriyyəsini həmçinin bu britaniya filosofları inkişaf etdirmişdi: empirizmə, Corc BerkliDevid Yum. Onların əsərlərində mənəvi fəlsəfəyə marağ yaranmışdl. Bu yazılarda yaxşılıq meyarı mənəvi hisslər olurdu. Etikanın sonraki inkişafı Entoni Eşli KuperCeremi Bentan yaratdığı utilitarizminindeontoloqiyanın prinsiplərin saəsində davam etmişdi. İctimai müqavilənin siyasi fəlsəfəsini Tomas Hobbs inkişaf etdirmişdir.

Sənaye inqilabı, təkamül nəzəriyyəsinənən gələn, pozitivizmin yayılmasına səbəb olmuşdur. Bu istiqaməti Çarlz DarvinHerbert Spenser kimi mütəfəkkirlər inkişaf etdirirdi. İdrakın induktiv nəzəriyyəsinin üstündə Con Stüart Mill işləyib

19-cu əsrin sonunda, mütləq idealizm formasını almış, hegelcilik populyarlıq qazandı. Bu Tomas Qrin, Tomas Herbert Bredli, Con Ellis MaktaqqartRobin Corc Kollinqvud saəsində baş vermişdi. XIX-XX əsrlərin xarici idealizmi neorealizmlə (əsas inkişaf etdirənlər: Corc Edvard Mur, Bertran Rassel) və analitik fəlsəfə ilə əvəz olundu (Alfred Culs Ayer səyləri nəticəsondə)

  • Seth James. English philosophers and schools of philosophy. London, 1912
  • British Philosophy in the Mid-century. Cambridge,1953.
  • Warnock G. J. English Philosophy since 1900. London, 1958.