Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
İniya Trinkuniyene | |
---|---|
lit. Inija Trinkūnienė | |
Doğum tarixi | 25 oktyabr 1951 (73 yaş) |
Vətəndaşlığı | SSRİ→ Litva |
Təhsili | |
Fəaliyyəti | psixoloq, etnoloq, folklorşünas, musiqiçi, sosioloq, dini rəhbər[d], keşiş, priestess |
Tanınır | 2014-cü ildən Romuva dini bütpərəst icmasının rəhbəri |
Vikianbarda əlaqəli mediafayllar |
İniya Trinkuniyene (lit. Inija Trinkūnienė; 25 oktyabr 1951) — Litva etnoloqu, sosioloq, folklorşünas, psixoloq; 2014-cü ildən bəri Romuva adlı Litva neobütpərəst cəmiyyətinin lideri (krive, baş kahinə).[1] Cəmiyyətin qurucusu və "Kūlgrinda" adlı musiqi folk-qrupunun lideri Yonas Trinkunas onun həyat yoldaşıdır.
1969-cu ildə Kelme şəhərində orta məktəbi və 1974-cü ildə psixologiya ixtisası üzrə Vilnüs Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Litva Mədəni Tədqiqatlar İnstitutunda (Vilnüs Fəlsəfə və Sosiologiya İnstitutu) sosioloq kimi çalışmışdır. 1990-cı ildə, 1988-2014-cü illərdə Romuva dini bütpərəst icmasının rəhbəri olan əri ilə birlikdə Litva xalq musiqi ansamblını və "Kūlgrinda" xorunu təsis etdi.[2] Onun Rimqayle, Vetra, Uqne və İndre adlı 4 uşağı var.[2]
Elmi karyerası boyunca Trinkuniyene xalq mədəniyyətinin yayılması sahəsində araşdırmalarla məşğul olmuşdur. 60-dan çox elmi məqalə yazmış, Litva və xaricdə müxtəlif elmi konfranslarda iştirak etmişdir. 2004-2013-cü illərdə Litva Respublikası Seymi yanında Xalq Mədəniyyətininin Müdafiəsi Şurasının üzvü olmuşdur.[2] Ərinin vəfatından sonra Romuva icmasına rəhbərlik etdi və eyni zamanda Avropa Etnik Dini Qurultayının sədri oldu.[3] 2016-cı ildə təqaüdə çıxdıqdan sonra yalnız cəmiyyət işləri ilə məşğul olmağa başladı.[4] Dev Sanskriti Vişvavidyalaya universitetinin (Haridvar, Uttarakhand, Hindistan) fəxri doktorudur.[5]