İntihar | |
---|---|
| |
XBT-10 | X –X |
XBT-9 | |
DiseasesDB | 12641 |
MedlinePlus | 001554 |
eMedicine | article/288598 |
MeSH | D013405 |
Vikianbarda əlaqəli mediafayllar |
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir.[1] İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər.[2]
Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir.[3] Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər.
Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir.[4] Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.[5] Digər riski artıran faktorlara qumarbazların psixi xəstəlik, içki və narkotik maddə istifadəsi daxildir.[6]
İntiharın aparıcı üsulu hər ölkədə fərqlidir. Müxtəlif bölgələrdə aparıcı üsullara asmaq, odlu silah və pestisid zəhərlənməsi daxildir. Bu fərqliliklər müxtəlif üsulların mövcudluğuna görə qismən hesab olunur. 56 ölkənin nəzərdən keçirilməsindən sonra qeyd olunub ki, asmaq[7] ən ümumi intihar üsuludur və kişi intiharlarının 53%-i və qadın intiharlarının 39%-ni təşkil edir.[8]
Ümumdünya intiharlarının 30%-i pestisid zəhərlənməsindən baş verir, və bunlardan əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə baş verir.
Çində pestisidlərin istifadəsi ən yayılmış üsuldur.[9] Yaponiyada seppukuya hələ rast gəlinsə də, asma və tullanmaq ən çox yayılmışdır.[10] Özünü tullanmaqla öldürmək Honqkok və Sinqapurda çox yayılmışdır və intiharların 50% və 80%-ini təşkil edir.
İntihar və ya depressiyanın əsas patofizyalogiyanın birləşdirməsin aid heç bir məlumat yoxdur. Buna baxmayaraq, güman edilir ki, intihar — davranış, sosial-ekoloji və psixiatrik faktorların qarşılıqlı təsirindən gəlir.
Ümumi əhalinin skrininq nəticəsində intihar nisbətin təsirinin az olması barədə məlumat yoxdur.[11][12]
Bəzi Qərb ölkələrində intihar artıq cinayət deyl. Bununla belə, orta əsrlərdən ən azı 1800-cü ilə qədər Qərbi Avropanın əksər ölkələrində intihar cinayət sayılırdı. Müsəlman ölkələrin əksəriyyətində intihar cinayyət olaraq qalır.
İslamın dini baxışları intihara qarşıdır. Quranda intihar "öldürməyin və ya özünüzü öldürməyin" kimi qeyd olunaraq qadağan olunur.[13] Hədislərdə də qeyd olunur ki, fərdi intihar qanunsuz və günahdır.
Xristianlığın əksəriyyətində intihar əsasən Orta əsrlərdəki nüfuzlu xristian mütəfəkkirlərin yazılarına əsaslanan günah sayılsa da, intihar, məsələn Justinianın Bizans xristian kodu altında günah sayılmırdı.[14][15] Katolik doktrinasında arqument "Öldürməyin" əmrinə əsaslanır və həm də həyat Allah tərəfindən verilmiş bir hədiyyədə olduğundan, intihar "təbii qaydaya" qarşı çıxır və dünyada Allahın usta planına mane yaratdığı qeyd olunur.[16]
Hinduizmdə intihar ümumiyyətlə pislənir və müasir Hindu cəmiyyətində başqa birinin öldürülməsi kimi bərabər günah sayılır. Hindu Müqəddəs Yazılarda qeyd olunur ki, intihar edən ruh dünyasının bir hissəsi olacaq, öz ölümü ilə nəticələnən vaxta kimi yer kürəsini gəzməlidir.[17] Lakin hinduizm, bir insanın ömrünün qeyri-şiddətsiz tətbiq etməsi ilə həyatını sona çatdırmasını haqqını qəbul edir, Prayopavesa olaraq adlandırılır.[18] Lakin Prayopavesa istək və ya həsrəti və bu həyatda heç bir məsuliyyət olmayan insanlar üçün məhduddur. Caynizmdə Santhara adlanan bənzər bir təcrübə var. Sati, ya da dul qadınlar tərəfindən özünü yandırmaq, Orta əsrlərdə Hindu cəmiyyətində yayılmışdır.[19]
İudaizm həyatı qiymətləndirmək əhəmiyyətinə diqqət yetirdikdən, intihar dünyada Allahın xeyirxahlığını inkar etmək sayılır. Buna baxmayaraq, həddindən artıq çətin şəraitdə, hansı ki, öldürülmə ya da dinə xəyanət etmək məcburiyyətində qalan bir seçim olmadığı halda, yəhudilər fərdi intihar və ya kütləvi intihar törətmişlər. Bu hərəkətlər, yəhudi orqanları tərəfindən qarışıq qəbul olunmuşdur: Bəziləri bunu qəhrəmanlıq şəhidliyi nümunəsi kimi qəbul etsə də, digərləri şəhadət gözləyərkən öz həyatlarını itirməsini səhv olduğunu sayırlar.[20]
İntihar təbliğatı bir çox mədəniyyət və submədəniyyətdə mövcuddur. İkinci Dünya müharibəsində Yaponiyada kamikadzelər ən cəsur qəhrəmanlar kimi təqdim olunur, məbədlərdə onların ruhuna dualar oxunur, validyenləri isə ölkənin ən hörmətli insanları sayılırdı.[21] Ümumi olaraq Yapon cəmiyyəti "intiharlara qarşı tolerant" adlanırdı.[22]
İnternetdə intihar haqqında axtarışların 10–30%-i intihar cəhdlərini təşviq edir və ya asanlaşdırır. Bu cür saytların intihara meyilli olanları təkzib edə bilməsi narahatlıq yaradır. Bəzi insanlar onlayn olarkən forumlarda yaxud çatlarda əvvəllər mövcud olan dostları ilə intihar paktı formalaşdırır. İnternet, eyni zamanda, təcrid olunmuşlar üçün sosial qrupu təmin edərək intiharın qarşısını da ala bilər.[23]
Bəzi yerlər intihar cəhdinin yüksək səviyyəsi olmasına görə tanınır. Bunlardan San Fransiskoda Golden Gate körpüsünü, Yaponiyada Aokiqahara meşəsini, İngiltərənin Biçi Hed və Torontonun Prins Edvard Viaduktunu qeyd etmək olar.[24][25][26]
1937-ci ildən 2010-cu ilə kimi, Golden Gate körpüsündən 1300-dən çox insan intihar edib.[27] İntiharın yayıldığı bir çox yerlərdə bunun qarşısını almaq üçün maneələr qurulmuşdur. Bunlara Parisin Eyfel qülləsi və Nyu-Yorkun Empayr Steyt Bildinqi daxildir.[28] 2011-ci ildə Golden Gate körpüsündə yaradılan maneə intiharlara qarşı effektiv sayılır.
Kütləvi intihar hadisələrindən 1978-ci ildə Qayanada Constaun qəsəbəsində Xalqlar məbədinin 909 nəfər üzvünün intihar etməsini qeyd etmək olar.[29] Cim Cons tərəfindən rəhbərlik edilən dini cərəyanın üzvləri, öz həyatlarına üzüm dadlı "Flavor Aid", sianid və müxtəlif reseptli dərmanlar ilə son qoymuşdular.[30] Alternative Considerations of Jonestown and Peoples Temple. San Diego State University.[31] Saypan döyüşünün son günlərində minlərlə Yapon vətəndaşı intihar etmiş, bəziləri özlərini "İntihar uçurumu" və "Banzay uçurumu"ndan atmışlar.[32]
Bobbi Sendsin rəhbərlik etdiyi 1981-ci il irland aclıq aksiyasında 10 nəfər vəfat etmişdir.[33] İkinci Dünya müharibəsi dövründə Ervin Rommel Adolf Hitlerə qarşı sui-qəsdin təşkilatçısı olsa da zabit şərəfini üstün tutaraq məhkəməyə çıxmaqdan imtina edib. Öz cəzası barədə özü qərar verib və sianid zəhəri içərək intihar edib.[34]