İoannina adası

İoannina
yun. Νήσος Ιωαννίνων
Ümumi məlumatlar
Əhalisi 219 nəfər (2011-ci il)
Yerləşməsi
39°40,60′ şm. e. 20°52,50′ ş. u.HGYO
Ölkə  Yunanıstan
Akvatoriya
İoannina xəritədə
İoannina
İoannina
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İoannina Island (yun. Νήσος Ιωαννίνων) — Yunanıstanın Epirus regionu İoannina inzibati vahidliyinə daxil olan ada[1]. Ada İoannina gölünün daxilində yerləşir. Adanın sahəsi 0.2 km² təşkil edir. Uzunluğu 800, eni isə maksimal olaraq 500 metr təşkil edir. 2001-ci il məlumatına görə adada 347, 2011-ci il məlumatına görə isə 219 nəfər yaşayır. Əhali əsasən adada yerləşən eyni adlı qəsəbədə cəmləşmişdir.

Adada ilk monastır olan Aqios Nikolaos 1291-ci ildə inşa edilmişdir[2]. Qısa bir müddət sonra ikinci bir monastırda inşa edilmişdir:Aqiou Nikolaou Ntiliou. Osmanlı dönəmində, XVII əsrdə üç monastır (Sankt Pantaleon monastırı, Metamorfoz Tou Sotiros monastırı və Qoriti İlyanın monastırı) inşa edilmişdir. Adanın kiçik qəsəbəsi 17-ci əsrdə tikilir və Əli Paşa dövründə inkişaf edir. Bu yerdə Ali Paşa Osmanlı ordusu tərəfindən təqib olunub və 1822-ci ildə öldürülmüşdür.

İl Say
1991 348
2001 347
2011 219

Adanın qədim tikililəri

[redaktə | mənbəni redaktə et]
  • Aqios Nikolaos monastırı: 1291 və ya 1292-ci ildə tikilmişdir və adanın ən qədim monastırıdır. Adada yerləşən qəsəbəsinin cənub-şərqində yerləşir.
  • Aqios Nikolaos Ntiliou monastırı: Aqios Nikolaos monastırının cənubunda yerləşir və bu monastırdan qısa müddət sonra inşa edilmişdir.
  • Aqia Eleousa monastırı: Aqios Nikolaos Ntiliou monastırının cənubunda yerləşir. Əvvəlcə monastır Agios Nikalaos Methodatos monastırı adlandırıldı.
  • Profitis Ilias monastırı: Adanın ən hündür nöqtəsində yerləşir və ən qədim kilsə yerinə XVII əsrdə inşa edilmişdir.
  • Metamorfoz monastırı: Adanın cənub-qərb hissəsində, XVII əsrin əvvəllərində tikilmişdir.
  • Prodromos monastırı: XVI əsrin əvvəllərində inşa edilmiş, adada yerləşən qəsəbəsinin cənub-şərqində yerləşir.
  • Aqios Panteleimonas monastırı: Prodromos monastırı yaxınlığında yerləşir. Əli Paşa bu yerdə öldürülmüeşdür.
  • Yaşayış tikililəri: Qəsəbə daş evləri və şiferli damları olan ənənəvi Epirotik memarlıq nümunəsidir. Adanın şimal hissəsində yerləşir.
  1. Kallikratis law Arxivləşdirilib 2017-04-27 at the Wayback Machine Greece Ministry of Interior Şablon:El icon
  2. "Monastery of Agios Nikolaos of Philanthropenoi". odysseus.culture.gr. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2015.