İoaxim Payper | |
---|---|
alm. Joachim Peiper | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1915[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 1976[3] (61 yaşında) və ya 13 iyul 1976[4] (61 yaşında) |
Vətəndaşlığı |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Xidmət illəri | 1933-cü ildən |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
İoaxim "Yoxen" Payper (alm. Joachim Peiper; 30 yanvar 1915[1][2], Berlin, Prussiya, Almaniya imperiyası – 14 iyul 1976[3] və ya 13 iyul 1976[4]) — Vaffen SS baş zabiti, İkinci Dünya müharibəsi iştirakçısı. 1940-cı ilin noyabrından 1941-ci ilin avqustuna qədər Reyxfürer-SS Henrix Himmlerin şəxsi adyutantı kimi xidmət etmişdir. Fransa kampaniyasının döyüşlərində fəal iştirak etmiş, sonra Şərq cəbhəsində Qızıl Orduya qarşı vuruşdu və Avropada İkinci cəbhə açıldıqdan sonra onun tərkibində Anti-Hitler koalisiyasının qoşunlarına qarşı vuruşdu. 1945-ci ilin aprelində ştandartenfürer rütbəsinə yüksələrək Vaffen SS-nin ən gənc alay komandiri olmuşdur. Müharibədən sonra Nürnberq tribunalı tərəfindən müharibə cinayətlərində günahlandırıldı, buna görə Payper məhkum edilmiş və 1956-cı ilə qədər həbsdə qaldı.