İohann Aventin | |
---|---|
lat. Ioannes Aventinus | |
Doğum tarixi | 4 iyul 1477[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 yanvar 1534[1][3] (56 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi, filoloq, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
İohann Aventin (lat. Ioannes Aventinus; əsl adı İohann Georq Turmayr, alm. Johann Georg Turmair, 4 iyul 1477[1][2][…], Abensberq[4] – 9 yanvar 1534[1][3], Regensburq[4][5]) — Almaniya humanisti, salnaməçisi, tarixçisi, filoloqu, musiqi nəzəriyyəçisi.
İohann Georq Turmayr öz ləqəbini doğulduğu yerin, Bavariyanın Abensberq şəhərinin adının latınlaşmış formasından götürmüşdür. 1495-ci ildən İnqolştadt, Vyana, Krakov və Paris universitetlərində təhsil almış, əsasən humanitar elmlər üzrə ixtisaslaşmışdır. 1509-cu ildən Bavariya hersoqu IV Vilhelmin oğullarına dərs demişdir. 1512-ci ildə dövrünün alimləri və müəllimləri arasında məşhurlaşan latın qrammatikasını nəşr etdirmişdir. 1516-cı ildə tarixdə ilk çap ensiklopediyasını yazmış və sonra nəşr etmişdir. 1517-ci ilin fevralında Bavariyanın rəsmi tarixşünası təyin edilmişdir. O, Martin Lüter və Filipp Melanxton ilə aktiv məktublaşırdı.[6][7]