Qanaqo Kamerun akademiyalarından olan EFCB klubu vasitəsilə inkişaf etmiş, 2017-ci ildə isə Nitsa klubuna transfer olmuşdur.[4] O, öz peşəkar karyerasında debütünü 9 sentyabr 2017-ci ildə Liqa 1-də Monako klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Mario Balotellini əvəz etmişdir. Qanaqo 85-ci dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Nitsa rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.[5]