İqor Muradyan

İqor Muradyan
Şəxsi məlumatlar
Doğum tarixi 29 aprel 1957(1957-04-29)
Doğum yeri
Vəfat tarixi 17 iyun 2018(2018-06-17) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti politoloq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqor Muradyan (erm. Իգոր Մուրադյան; 29 aprel 1957, Odessa, Odessa vilayəti, Ukrayna SSR, SSRİ17 iyun 2018, İrəvan, Ermənistan)[1]Ermənistan siyasətçisi, deputatı, siyasi fəalı və politoloqu. O, Zori Balayan, Silva KaputikyanViktor Ambartzumyanla birlikdə[2][3] Qarabağ hərəkatının ilk liderlərindən biri idi.[4][5]

İqor Muradyan 29 aprel 1957-ci ildə Ukrayna SSR-də, Odessada anadan olmuşdur və sovet dövründə çoxlu ermənilərin yaşadığı Bakıda böyümüşdür.[6] O, Moskvada Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Tomas de Vaalın dediyinə görə, "Muradyan sovet insayderi idi. O, İrəvanda dövlət planlaşdırma agentliyi "Qosplan"da iqtisadçı işləmiş və partiyanın kadrları arasında yaxşı əlaqələrə malik olmuşdur".[7] 1990–1995-ci illərdə Ermənistan Ali Sovetinin deputatı olmuşdur.[8]

Muradyan daha sonra tanınmamış Dağlıq Qarabağ Respublikasını "uğursuz sınaq" adlandırmış, onun hakimiyyətini öz mövcudluğu ilə bağlı dəqiq strategiya ortaya qoya bilmədiyi və Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması ideyasına qarşı mübahisə qaldırdığı üçün tənqid etmişdir.[9]

İqor Muradyan 17 iyun 2018-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində vəfat etmişdir. O, "Yerablur"da dəfn olunmuşdur.[10] Ölümündən sonra "Artsax Qəhrəmanı" adına layiq görülmüşdür.[11]

  • "Mesrop Maştots" ordeni. İqor Muradyan 2 fevral 2015-ci ildə Dağlıq Qarabağ Milli Məclisi tərəfindən təltif edilmiş "Mesrop Maştots" ordenini geri qaytarmışdır.[12][13]
  • "Artsax Qəhrəmanı" (ölümündən sonra).[11]

İqor Muradyangeosiyasət və geoiqtisadiyyat üzrə məqalələrin müəllifidir. O, 1200 məqalə və 16 kitab yazmışdır, o cümlədən:

  • Игорь Мурадян։ Ракеты — последний аргумент США в Кавказско-Каспийском регионе. 11 июля 2007
  • Мадридские принципы – национальная катастрофа для армян։ Игорь Мурадян. 1 июля 2010
  • Таты – базовая составляющая азербайджанской государственности. Январь 4, 2010
  • Проблемы безопасности в ближневосточной политике США. Ер., "Антарес", 2003
  1. "Igor M. Muradyan" (ingilis). National Assembly of the Republic of Artsakh. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  2. de Waal, 2003. səh. 56
  3. Adalian, Rouben Paul. Historical Dictionary of Armenia (2nd). Lanham, MD: Scarecrow Press. 2010. səh. 159. ISBN 9780810874503.
  4. de Waal, 2003. səh. 57
  5. Zürcher, Christoph. The Post-Soviet Wars: Rebellion, Ethnic Conflict, and Nationhood in the Caucasus ([Online-Ausg.].). New York: New York University Press. 2007. səh. 240. ISBN 9780814797099.
  6. de Waal, 2003. səh. 16
  7. de Waal, 2003. səh. 16-17
  8. Марина Галоян. "Последние годы наиболее последовательным и заинтересованным сторонником возвращения Карабаха Азербайджану была Россия. Основатель Карабахского движения, политолог Игорь Мурадян. Минутка Истории". www.radiovan.fm (rus). Radio Van. 2019-06-07. İstifadə tarixi: 2023-06-18.
  9. Armenian Analyst: NKR a Failed Experiment Arxivləşdirilib 2018-06-18 at the Wayback Machine Haqqin.az. 20 August 2016.
  10. "Մահացել է Իգոր Մուրադյանը". 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  11. 1 2 Алвард Григорян. "Звания «Герой Арцаха» удостоились 23 человека". www.panorama.am (rus). panorama.am. 05-07-2021. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-18.
  12. "Հիմնադիր խորհրդարանի ասուլիսը. տեսագրություն". 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22 – www.youtube.com vasitəsilə.
  13. "Իգոր Մուրադյանը վերադարձնում է ԼՂՀ ԱԺ-ի շնորհած մեդալը (Տեսանյութ)". 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.