İranda çoxlu təkyələr (fars. تَکْیهها) mövcud olsalar da, lakin onlar dərvişlər tərəfindən istifadə olunmurlar. Onlar daha çox hüseyniyyələr kimi istifadə olunurlar. XVI əsrdə Səfəvilərin əhalini şiələşdirməsindən sonra İran təkyələri hüseyniyyələr kimi istifadə edilmişlər.[1]
Yəzd Mir Çaxmaq təkyəsi, Kirmanşah Müavinülmülk və Bəylərbəyi təkyələri İranda tanınmış təkyələr sırasındadırlar. Dövlət təkyəsi 1870-ci illərdə Nasirəddin şah Qacar tərəfindən tikdirilmişdir. Bu bina 1946-cı ildə sökülmüşdür.[2]
XIX əsrin ikinci yarısında isə İstanbuldakı İranlı şiələr "Hüseyniyyə təkyəsi" adlı "Azadari məbədi" tikməyə çalışmışdırlar.[3]
بناء الحسينية كان حديث العهد بإيران، وأما التكايا فكانت معروفة ومنتشرة في أنحاء إيران وكانت تقام فيها بعض الشعائر الحسينية أيضا قبل أن تنتقل إلى الحسينيات التي تخصصت بالشعائر الحسينية.