İranın Ali Rəhbəri | |
---|---|
رهبر ایران | |
Vəzifədədir Əli Xamenei 4 iyun 1989-cu ildən | |
Səlahiyyət müddəti | Müddətsiz[1] |
Vəzifənin təsis tarixi | 3 dekabr 1979 |
Vəzifədə birinci | Ruhullah Xomeyni |
Rəsmi saytı | İran İslam Respublikasının Ali Rəhbərinin Rəsmi Saytı |
Vikianbarda əlaqəli mediafayllar |
İranın Ali Rəhbəri (fars. رهبر ایران; translit. rəhbər-i muazzam-i iran), İslam İnqilabının Ali Rəhbəri (fars. رهبر معظم انقلاب اسلامی; translit. rəhbər-i muazzam-i inğilab-i islami),[2] Rəhbər (fars. رهبر), Fəqih (fars. فقیه) və ya rəsmi olaraq Ali Rəhbərlik Orqanı (fars. مقام معظم رهبری; translit. məqam muazzam rəhbəri) — İran İslam Respublikasının ali dövlət vəzifəsi. Silahlı qüvvələr, məhkəmə sistemi, dövlət televiziyası və digər əsas hökumət təşkilatları İranın Ali Rəhbərinin idarəsi altındadır.[3][4][5][6][7][8][9][10][11] İranın hal-hazırkı Ali Rəhbəri Əli Xamenei fərmanlar imzalayır və iqtisadiyyat, ətraf mühit, xarici siyasət, təhsil, milli layihələşdirmə və qalan hər şey barədə son qərarı verir. Xamenei prezident seçkilərinin son qərarını da verir[12] və bir neçə prezident kabinəti təyinatını qoymuş və bərpa etmişdir.[13] Ali Rəhbər Əli Xamenei Müdafiə, Kəşfiyyat və Xarici İşlər, eləcə də Elm nazirlərini şəxsən özü seçir.[14]
№ | Ali İdarəetmə | Portret | Adı Azərbaycanca · Farsca · İmza |
Həyat dövrü | Doğulduğu yer | Qeydlər |
---|---|---|---|---|---|---|
1 | 3 dekabr 1979 – 3 iyun 1989 (9 il, 182 gün) |
Ayətullah əl-üzma Seyid Ruhullah Xomeyni سیدروحالله خمینی |
22 sentyabr 1902 – 3 iyun 1989 (86 yaş) | Xomeyn, Mərkəzi ostanı | 1979-cu il İran İslam İnqilabının rəhbəri İran İslam Respublikasının qurucusu. | |
2 | 4 iyun 1989 – h.h. (28 il, 219 gün) |
Ayətullah əl-üzma Seyid Əli Xamenei سیدعلی خامنهای |
19 aprel 1939 (78 yaş)[15] | Məşhəd, Rəzavi Xorasan ostanı | Əvvəllər, 1981–1989-cu illərdə, Ruhullah Xomeyninin ölümünə qədər İran prezidenti olaraq xidmət göstərmişdir. |