İraq–kürd münaqişəsi | |
---|---|
Tarix | 15 oktyabr 2017 |
|
2017-ci il İraq–kürd münaqişəsi, həmçinin Kərkük böhranı[1][2] — İraq hökumətinin 2014-cü ildə İŞİD-in İraqın şimal ərazilərinə hücumundan sonra peşmərgənin nəzarətində olan mübahisəli əraziləri geri alması ilə nəticələnən münaqişə. Münaqişə 15 oktyabr 2017-ci ildə, 25 sentyabrda Kürdüstanın müstəqillik referendumu ilə bağlı yaranan gərginlikdən sonra başlamışdır. Peşmərgə İraq hökumət qüvvələrinə Kərkükə qayıtmaq üçün edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymamış, İraq federal hökuməti ilə Kürdüstan Regional Hökuməti arasında gərginlik münaqişəyə çevrilmişdir.[3] Münaqişənin bir hissəsi Kərkük uğrunda döyüş olmuşdur, burada İraq qüvvələri şəhərə nəzarəti bərpa etmişdir.
Münaqişə nəticəsində İraq Kürdüstanı öz ərazisinin 20%-ni itirmişdir.[4]
İraq Kürdüstanının prezidenti Məsud Bərzani 2017-ci ilin sentyabrında İraq Kürdüstanının müstəqilliyi haqqında referendumun keçirilməsinə töhfə vermişdir. Buna görə İraqın baş naziri Heydər əl-Abadi referendumun nəticələrinin ləğvini tələb etmiş və Kürdüstan Regional Hökumətini "konstitusiya çərçivəsində" dialoqa başlamağa çağırmışdır.[5]