İravadi dairəsi

Dairə
İravadi
ဧရာဝတီ
Bayraq
Bayraq
16°50′00″ şm. e. 95°10′00″ ş. u.HGYO
Ölkə  Myanma
Region Aşağı
Tarixi və coğrafiyası
Sahəsi 35138 km²
Mərkəzin hündürlüyü 4 m
Əhalisi
Əhalisi 7.759.243 nəfər (2012)
Milli tərkibi birmalılar, karenlər
Digər
ayeyarwadyregion.gov.mm
Xəritəni göstər/gizlə
İravadi xəritədə
İravadi
İravadi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İravadi dairəsi (birm. ဧရာဝတီ[1]) — İravadi çayının deltasında yerləşən, Myanmada inzibati ərazi vahidi olan dairələrdən biri. Şimalda Pequ inzibati dairəsi ilə, şərqdə Yanqon dairəsi ilə həmsərhəddir. Qərbdə Benqal körfəzinə və cənubda Andaman dənizinə çıxışı vardır. Şimal-qərbdə Rakxayn milli dairəsi ilə həmsərhəddir. Dairə 15° 40' və 18° 30' s.ş. arasında, 94° 15' və 96° 15' ş.u arasında yerləşmişdir. Dairənin əhalisi 2012-ci il məlumatlarına əsasən 7 759 243 nəfərdir. Bu, əhalinin sayı üzrə Myanmada ikinci ən çox məskunlaşılmış dairədir. Əhali sıxlığı 220,82 nəfər/km²-ə bərabərdir.

İravadi dairəsinin ərazisində ənənəvi xalqlar olan monlar yaşayırdılar. Daha sonra ərazi birmalılar tərəfindən tutuldu. XI əsrdə bir müddət ərazi arakanların əsas yaşayış məskəninə çevrildi.

Birmalılar və karenlər əhalinin əksəriyyət hissəsini təşkil edirlər. qərbdə sahil boyunca həmçinin arakan tayfaları yaşayırlar. Əhalinin əksər hissəsi buddistlərdir. Əhalinin kiçik hissəsiisə xristianlıq və İslam dinini qəbul etmişdir. Dairədə əsas istifadə olunan dil birma dilidir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Dairə 6 rayon üzrə bölünmüşdür. Rayonlar bunlardır: Patheyn, Xintada, Myaunqmya, Maubin, Pyapon və Labuta (avqust 2008-ci il məlumatlarına əsasən). Patheyn rayonu dairənin əsas inzibati mərkəzidir. Başqa böyük şəhərlər — Xintada, Ye, Boqale, Pxyapoun şəhərləridir.[2][3]

Dairə meşələrlə örtülmüşdür və meşə tədarükü iqtisadiyyatın əhəmiyyətli sahəsi meşə sənayesini əmələ gətirir.

Məhsuldar torpaqlar düyünün əkilməsi və becərilməsi üçün xüsusilə yaxşı şəraiti yaradır. Dairə bütün ölkənin taxıl anbarı funksiyasını yerinə yetirir. Həmçinin dairədə zeytun yetişdirilir. Bundan əlavə cut, qarğıdalı, kauçuk ağacları, tütün, meyvə-tərəvəz və balıqçılıq dairədə yaxşı inkişaf etmişdir.[4]

Dairə çimərliklərin və böyük İne gölünün hesabına turizm üçün yaxşı potensial əldə etmişdir. Buan baxmayaraq, turist infrastrukturu dairədə pis inkişaf etmişdir. Patheyn şəhəri çoxlu sayda tarixi abidələri ilə turistləri özünə cəlb edir. Sahillərinin Benqal körfəzinə çıxışı var.

  1. Инструкция по русской передаче географических названий Бирмы. — М.: Наука, 1978. — С. 25.
  2. "PPI: Almost Half of All World Health Spending is in the United States". 2007-01-17. 2011-04-27 tarixində orijinalından arxivləşdirilib.
  3. Yasmin Anwar. "Burma junta faulted for rampant diseases". UC Berkeley News. 2007-06-28. 2012-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
  4. "Hospitals and Dispensaries by State and Division". Myanmar Central Statistical Organization. 2011-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-11.