İriçiçək zanbaqca

İriçiçək zanbaqca
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Fritillaria grandiflora

İriçiçək zanbaqca (lat. Fritillaria grandiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab(v). Azərbaycanın endemik növüdür.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaq çox böyük deyil, basılmış şarvaridir. Gövdə hündür, 35–50 sm, çılpaqdır. Yarpaqlar növbəli, 5–7 ədəd, neştərşəkilli, aşağı yarpaqlar 1,5 sm-ə qədər enində, yuxarıdakılar ensiz, 0,5 mm-ə qədər olur. Çiçəklər çox iri, təkdir. Çiçəkyanlığı 5 sm-ə qədər uzunluğundadır. Erkəkcik çiçəkyanlığından nəzərəçarpacaq dərəcədə qısadır. Sütuncuq ortadan 3 ağızcığa bölünmüşdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may ayına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Meşələrdə, qayalıq yerlərdə yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.

Diabar.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Az rast gəlinir. Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Əhali tərəfindən yığılması və zoogen amillər.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni bitmə yerlərinin axtarılması, yasaqlıqların salınması vacibdir.