İriçiçəkli nargülü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: İriçiçəkli nargülü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
İriçiçəkli nargülü (lat. Campsis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin nargülü cinsinə aid bitki növü.
Yabanı halda Çində, Yaponiyada, Qərbi Avropada, ABŞ və digər ölkələrdə geniş yayılmışdır. XX əsrin əvvəllərindən Krımda, Qafqazın Qara dəniz sahillərində becərilir.
Hündürlüyü 6-8 m-dək olan, tez böyüyən, işıqsevən, budanmanı yaxşı keçirən lianadır. Yarpaqları tək, lələkvari, 7-9 ədəd, 3-6 sm uzunluğunda, yumurtavarı və ya yumurtavarı-lansetvarı, ucu biz, dişli, çılpaq, xırda olur. Çiçəkləri iri, yumşaq və ya süpürgəvari çiçək qruplarında yerləşir, kasacığı 5 ədəd, lansetvarı, mərkəzinə qədər bölünmüş hissəlidir. Çiçək tacı qıfvari, kasacığın təxminən yarısınadək olan borucuqlu, qırmızı rəngli, eni 7-8 sm-ə çatır. Qutucuğu uzunsov-silindrik, ucu kütdür. İriçiçəkli kampsis tez böyüyür. Kök və gövdə qələmləri, zoğlarla çoxaldılır.
Yarımkölgəyə dözür, ancaq yaxşı çiçəkləməsi üçün günəşli yer tələb edir. Kampsis işıqsevən və istisevəndir. -2-5°C-dək qısamüddətli şaxtalara dözür. Zəngin, orta miqdarda nəmişli torpaqda yaxşı inkişaf edir.
Böyük Qafqazda təbii və mədəni şəraitdə rast gəlinir.
Çəpərlərin şaquli yaşıllaşdırılmasında istifadə edilir.