İrott-kö Geşribenşteyn | |
---|---|
mac. Írott-kő alm. Geschriebenstein | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Köseq dağları |
Mütləq hündürlüyü | 884[1] |
Nisbi hündürlüyü | 414 m |
Marşrutu | Nəqliyyat vasitəsilə |
Yerləşməsi | |
47°21′10″ şm. e. 16°26′02″ ş. u.HGYO | |
Ölkələr | |
Regionlar | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İrott-kö (mac. Írott-kő) və ya Geşribenşteyn (alm. Geschriebenstein; ⓘ) — Avstriya və Macarıstan sərhədində yerləşən və hündürlüyü 884 metr (2,900 ft) olan dağ.
İrott-kö Köseq dağlarının, Qərbi Macarıstanın (Transdanubiya), eləcə də Burgenlandın ən hündür dağdır. Dağın hündürlüyü Avstriya mənbələrinə görə – 884 metr (2,900 ft), Macarıstan mənbələrinə görə isə – 883 metr (2,897 ft). İrott-kö dağı Macarıstanın ən hündür zirvələri siyahısında 44-cü yerdədir.
Avstriya tərəfdən dağa ən yaxın qəsəbələr Rextnits və Lokkenhausdur. Macarıstan tərəfdən dağa ən yaxın ən yaxın isə Köseqdir.
Dağın macar dilindəki əvvəlki adları Fenyoheq (mac. Fenyőhegy; mənası – Şam ağacı) və Salkö (mac. Szálkő; mənası – Sap daşı) olub. Dağın müasir adının (macar dilində Írott-kő, alman dilində Geschriebenstein) mənası "Daşda yazılmış" deməkdir. Ehtimal olunur ki, bu ad Vattyani və Esterhazi sülalələrinin Avstriya–Macarıstan sərhədində yerləşən yazılı abidələrə istinad edir.
Dağ ilk dəfə XIV əsrdə qeydə alınmışdır. Dağın zirvəsində 1913-cü ildə tikilmiş bir müşahidə qülləsi mövcuddur. Bu tikili Avstriya–Macarıstan sərhədinin tam üzərində yerləşir.
2007-ci ilin dekabr ayından etibarən Avstriya–Macarıstan sərhədindən rəsmiyyət olmadan keçmək mümkündür. Buna səbəb Macarıstanın Şengen razılaşmasına qoşulmasıdır.