İshaq Paşa

İshaq Paşa
türk. İshak Paşa
Birinci sədrəzəmliyi
1469 – 1472
ƏvvəlkiYunan Mehmed Paşa
SonrakıVəli Mahmud Paşa
İkinci sədrəzəmliyi
1481 – 1482
ƏvvəlkiNişançı Qaraman Mehmed Paşa
SonrakıQoca Davud Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1444
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
Dini islam
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İshaq Paşa (d.? — ö. 1497, Saloniki) — Fateh Sultan Mehmed səltənətində 1469–1472 illəri arasında və II. Bəyazid səltənətində 1481–1482'də sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır.

İshaq Paşa dəvşirmələrdən olub, Manisalı Paşaigidin nökəri idi.[1] İshaq Paşanın İstanbulun fəthi əsnasında Anadolu Bəylərbəyi olduğu bilinməkdədir. O dönəmdə Anadolu Bəylərbəyi olan iki İshaq Paşa var idi. Bunlardan biri İshaq Paşa ibn İbrahim olaraq bilinən, atasının adı İbrahim olan Türk mənşəli bir paşadır. Digəri isə İshaq Paşa ibn Abdullah olaraq bilinən və Pomak mənşəli bir dəvşirmə olaraq təhsil alıb yetişdirilən, II. Murad zamanında xəzinədarlıqdan vəzirliyə yüksələn bir paşadır.[2]

Birinci sədrəzəmliyi

[redaktə | vikimətni redaktə et]

Yunan Mehmed Paşanın vəzifədən alınmasın dan sonra sədrəzəmliyə gətirildi. Fateh Sultan Mehmedin ona verdiyi ilk vəzifə Qaramana getmək oldu. İshaq Paşa Qaramanda çox güclü müqavimətlə qarşılaşmadı. 1470`də Qaramanlıların bir hissəsini İstanbula gətirdi. Bu gələnlər Aksaray qəsəbəsindən idi və İstanbulda yerləşdikləri səmtə qəsəbələrinin adı verildi. 1472'də vəzifəsindən alındı.

1481-ci ildə Fatehin ölümündən sonra o əsnada sədrəzəm olan Qaramanlı Mehmed Paşa səltənət hakimiyyəti üçün Şahzadə Cemi dəstəklərkən, İshaq Paşa Bəyazidi dəstəklədi.

İkinci sədrəzəmliyi

[redaktə | vikimətni redaktə et]

Bəyazid taxta keçdikdən sonra İshaq Paşanı yenidən sədrəzəm seçdi. Ancaq padşah qısa müddət sonra ətrafında zərərli olduğunu düşündüyü kəsləri aradan qaldırmağa başladı və 1482-ci ildə İshaq Paşa da vəzifəsindən alındı.

İshaq Paşa son illərini Salonikdə keçirdi və 1497'də orada vəfat etdi. İstanbulda Ahırqapı ətrafındakı məhəlləyə onun adı verilmişdir. Burada öz adını daşıyan bir də məscid var. Bundan başqa İnəgöldə də bir məscid tikdirmişdir.

  1. Uzunçarşılı, İ. H. Kütahya Şehri, İstanbul Devlet Matbaası, 1932, s, 158
  2. Stavrides, Théoharış 2001, The Sultan of vezirs: the life and times of the Ottoman Grand Vezir Mahmud pasha Angeloviç (1453–1474). ISBN 9004121064 2001 səh. 64–65.