İshaq ibn Kundac əl-Xəzəri (Qundacığ) — Onun haqqında B. N. Zaxoder bunları yazmışdı: "Bu — IX əsrdə Ərəb xilafətinin qoşunlarının məşhur komandanı, xəzər əsillidir"[1].
Ona həm də, İshaqın müasiri olan ərəb şairi Buhturinin panegiriki həsr olunub.
Şairin sözlərinə görə İshaq ibn Kudac, İraqda nail olduğu şərəfini, Xamlicdə(Ənci, ya da Bələncər) nail olduqlarına əlavə etdi. Buhturinin divanında onun tam adı verilir: İshaq ibn Kundac əl-Xəzəri.
IX əsr ərəb qaynaqlarında İshaq ibn Kundacinin adı Ərəb Xilafətinin Misir və Şam canişini kimi keçir. O saray intriqalarında xəlifəyə qarşı əl-Müvəffəqin tərəfində yer alır.[2]
Öz soydaşı Diyarbəkir canişini Məhəmməd əl-Afşinla, Humaraveyhə qarşı çıxır, Dəməşq, Hələb, Dims və Antakyanı tutur. Sonralar o Afşinlə əlaqəni qırır və öz rəqibi özü kimi türk əsilli Əhməd ibn Tulunun oğlu Humaraveyhlə ittifaqa girir. 888-ci ildə bu iki sərkərdənin qüvvələri Dəməşq yaxınlığındakı Seniyet əl-Ukab adlı yerdə Afşinin qoşunları ilə toqquşur. Afşin darmadağın edilir və Bağdada xəlifə əl-Müvəffəqin yanına qaçır. İshaq ibn Kundac bir müddət Yusif İbn Əbu Sacın böyük qardaşı Məhəmməd ibn Əbu Sac Divdadla ittifaqda olur.[3]
Dar etnik mənsubiyəti barədə alimlər tərəfindən ən müxtəlif ehtimallar edilir. Bir sıra araşdırmaçı(. N. Zaxoder, V. Minorski və b.) onun atasının adına Kundac/Kundacığ diqqət yetirir və onu k.nd.r.. termini(titulu) ilə bağlayırlar. Sonuncunu V. F. Minorski, Turan ordusunda xaqanın sağında , "Şahnəmədə" tapır[4]. Bu adın başqa eyniləşdirmələri də var: "k.nde"(Defremeri), "kuda" (F. Ekxart), "köndür xaqan","k.nd.r.-xaqan"(O. Qolden) Aydın olur ki, İshaqın atasının adı, Kundac, onun xəzər xaqanına yaxın olmasını göstərir. Polşa türkoloqu A. Zayançkovski bu adı "başçı"," hakim" kimi. E. Radlov və P. Qolden -"inzibatçı", A. Donuk — "hərbi nazir" kimi tərcümə edirlər. Biz isə ən inandırıcı kimi Kazan professoru R. Q. Axmetyanovun etimoloqiyasını hesab edirik. O bu adı "kündə, küntə"(türk dillərində o cümlədən qumuq dilində-gündeş) "favorit", "rəqib" adı ilə bağlayır və bunu, "böyük knyaz", "saray naziri","hofmeyster" anlamında olan çinli künqtac(xuntayci-dən) termininə aparır[5].
Məlum olduğu kimi "xəzərlərdə yüksək rütbəliləri adla çağırma qəbul edilməmişdir…Tutullar və rütbələr xüsusi adlar kimi işlənirdi[6]. Şimali Qafqaz türklərində sonrakı dönəmlərdə də bu Kontayci/Kuntayci kimi işlənib.
O ki qaldı, Buhturinin dediyi İshaqın Hamlic və Bələncərdə aldığı şərəfə, bir şey deyə bilmərik. Ancaq aydındır ki: 9-cu əsrin sonunda İshaq ibn Kundaci əl-Xəzəri xəlifənin xidmətində olanda, hər iki qədim Xəzər elinin mərkəzi öz əhəmiyətini itirməmişdilər. Ola bilsin ki, İshaq ərəb xəlifələrinə xidmətindən əvvəl xəzər xaqanının qoşunlarının komandanlarından biri olub. İstənilən halda aydındır ki Qafqaz Hun eli və onun paytaxtı Varaçan onun əcdadlarının vətəni idi.