İskəndər bəy | |
---|---|
alb. Gjergj Kastrioti Skënderbeu | |
| |
Kastrioti knyazı | |
28 noyabr 1443 – 17 yanvar 1468 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dibra, Kastrioti knyazlığı |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Leja, Venesiya respublikası |
Vəfat səbəbi | malyariya |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə, dövlət xadimi |
Atası | I Qyon Kastrioti |
Anası | Voisava Tripalda |
Həyat yoldaşı | Donika Arianiti |
Uşağı | II Qyon Kastrioti |
Dini |
Xristianlıq - İslam (çevrilib) - Xristianlıq (çevrilib) |
Rütbəsi | Komandir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İskəndər bəy, Skanderbeq və ya Georgi Kastrioti (alb. Gjergj Kastrioti Skënderbeu, türk. İskender bey; 6 may 1405 – 17 yanvar 1468[1][2][…]) — Kastrioti knyazlığının hakimi (1443-1468), albanların Osmanlı dövləti əleyhinə üsyanının rəhbəri, Albaniyanın xalq mahnılarında xatırlanan milli qəhrəman.
Georgi alban knyazı Qyonun balaca oğlu idi. Qyon, Venesiya sənədlərində "qüdrətli alban senyoru, Venesiya və Raquzanın fəxri vətəndaşı" kimi xatırlanır. Uşaq yaşlarında, sultan II Muradın dövründə Georgi osmanlılara girov verilmişdi. Burada o İslamı qəbul etmiş, zabit kimi Osmanlının düşmənlərinə qarşı döyüşlərdə məşhuluq qazanmış və göstərdiyi şücaətə və qəhrəmanlığa görə türklər tərəfindən İsgəndər ləqəbini qazanmışdı (Makedoniyalı İsgəndərə bənzətmə).
Vətənə qayıdışından sonra İsgəndər bəy (alban tələffüzündə Skanderbeq) Osmanlıya qarşı mübarizə aparmışdı.