İslam İnqilabı Şurası |
---|
İslam İnqilabı Şurası (fars. شورای انقلاب اسلامی) — Ayətullah Ruhullah Xomeyni tərəfindən 10 yanvar 1979-cu ildə İrana qayıtmazdan əvvəl İslam İnqilabını idarə etmək üçün yaradılmış qrup.[1] Şuranın qurulmasından növbəti bir neçə ay ərzində şuradan bankların milliləşdirilməsindən tutmuş tibb bacılarının maaşlarına qədər hər şeyi əhatə edən yüzlərlə qərar və qanunlar çıxarılmışdır.[2] Onun mövcudluğu inqilabın erkən, daha az təhlükəsiz dövründə sirr olaraq saxlanılmış,[3] və şuranın üzvləri və nə etdiyinin dəqiq mahiyyəti 1980-ci ilin əvvəllərinə qədər ictimaiyyətə açıqlanmamışdır. Şura üzvlərindən bəziləri Motəhhəri, Taleqani, Bahünər, Behişti, Qarani İran-İraq müharibəsi zamanı həlak olmuş və ya İran İnqilabının möhkəmlənməsi zamanı XMT tərəfindən öldürülmüşdülər. Qalanların çoxu rejim tərəfindən kənarlaşdırılmışdır.[4]