İspaniyada islam

İspaniyada islam
Əsas regionlar
Mütləq tezliklərdə: Kataloniya, Andalusiya, Madrid İcması, Valensiya İcması, Mursiya Bölgəsi
Dinlər
Çoxluq Sünni İslam ilə böyük ƏhmədiyyəŞiə azlıqlar
Dillər
Əsas: İspan dili, Ərəb, Berber dilləri

İspaniyada islam — İslam ərəb əmirləri, o cümlədən slavyan mənşəli əsir muzdlular tərəfindən idarə olunan orta əsr İspaniyası Əl-Əndəlus torpaqlarında aparıcı dinlərdən biri idi. Müasir İspaniya ərazisində İslam dininin çiçəkləndiyi dövrlərdə elm və mədəniyyətin nisbətən yüksək inkişaf səviyyəsi olmuşdur. İslam o qədər nüfuzlu oldu ki, bir çox İbero-Romalılar İslamı qəbul etdilər. Feodal parçalanması və vətəndaş qarşıdurması, ərəblər və bərbərlər arasında Əndəlusun zəifləməsinə səbəb oldu. İspaniyanın cənubundakı sonuncu İslam dövləti Qranada Əmirliyi yalnız 1492-ci ildə süqut etdi. Xristianların fəth etdiyi torpaqlarda xeyli sayda müsəlman qalmışdı. Bir çox müsəlman rəsmi olaraq xristianlığı qəbul edirdi. Müsəlmanlar müasir İspaniya xalqlarının həyatında, məişətində, mədəniyyətində, adət-ənənələrində mühüm izlər qoyublar. 20-ci əsrin sonundan bəri Şimali Afrikadan, xüsusən Mərakeşdən yarım milyondan çox insan da ölkəyə köçüb. Qanuni və qeyri-qanuni immiqrantlar arasında çoxlu aktiv islamçılar var.[1][2]

keçmiş məscidlərdən biri olan Kordova Böyük Məscidi Rekonkistadan sonra kilsəyə çevrilmişdir.

Son dövürlərdə İspaniyaya Mərakeş, Suriya, Livan, İraq, Banqladeş, Hindistan və Pakistandan çoxlu sayda mühacirlər axın edir. Bu prosesin təsiri ilə İslam dini intensiv şəkildə yayılır.[3] Bu gün İspaniyada bir milyondan çox müsəlman yaşayır, onların böyük əksəriyyəti mühacirlər və onların övladlarıdır. Təxminən 20.000 ilə 50.000 ispan İslamı qəbul etdi və onların əksəriyyəti Əndəlüsdə yaşayır.[4] Mavrların 1492-ci ildə İspaniyadan qovulmasından sonra İspaniyada ilk məscid 1982-ci ildə tikilmişdir.[5]

  1. Dadson, Trevor J. (15 October 2018). "Tolerance and Coexistence in Early Modern Spain: Old Christians and Moriscos in the Campo de Calatrava". Boydell & Brewer Ltd – via Google Books.
  2. Centro de Investigaciones Sociológicas|CIS."Barómetro de Enero de 2022" Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine, 3,777 respondents. The question was "¿Cómo se define Ud. en materia religiosa: católico/a practicante, católico/a no practicante, creyente de otra religión, agnóstico/a, indiferente o no creyente, o ateo/a?".
  3. "BBC – Religions – Islam: Muslim Spain (711–1492)". www.bbc.co.uk (ingilis). 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.
  4. O'Shea, Stephen. Sea of Faith: Islam and Christianity in the Medieval Mediterranean World. New York: Walker & Company. 2006. ISBN 9780802714985.
  5. Sánchez Alonso, Fernando. "The quiet devotion of Spain's Sufis". EL PAÍS (ingilis). 2015-01-30. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.