İspik | |
---|---|
41°18′32″ şm. e. 48°25′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
İspik — Azərbaycan Respublikasının Quba rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun İspik kəndi Tüləkəran kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İspik kənd Soveti yaradılmışdır.[1]
Kəndin adı eyniadlı dağdan alınmışdır. İspik kəndinin adı ilə adlandırılan İspik dağı Qudyalçay ilə Ağçayın suayrıcında yerləşir. Hündürlüyü 1101 metrdir. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki əspək və ya aspak (aşırımlı dağ, keçidli dağ) sözünün fonetik variantıdır.[2]
Kənd dağətəyi ərazidə yerləşir. Ərazisi sıx meşəliklərlə əhatə olunmuşdur. Kənd Qəçrəş və Möhüc kəndləri ilə həmsərhəddir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1278 nəfər əhali yaşayır.[3] Əhalisini azərbaycanlılar təşkil edir.
Əhalinin məşğuliyyətini əsasən meyvəçilik, maldarlıq, əkinçilik təşkil edir.
Kənddə poçt, kitabxana və mədəniyyət evi var.
Kənddə 11 illik məktəb fəaliyyət göstərir.
Kənddə məscid mövcuddur.
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |