1994-cü il İsrail — İordaniya sülh müqaviləsi — İsrail və İordaniya arasında davam edən müxtəlif problemlər və torpaq anlaşılmazlıqlarını həll etmək məqsədiylə imzalanmışdır. İki ölkə arasında yaşanan problemlərə görə cəmdə 18.3 milyard dollarlıq bir itki meydana gəlmişdir. Bu sülh müqaviləsi İsrail ilə Fələstin Milli Rəhbərliyi arasında davam edən Orta Şərq Barış Müddətinin bir qolu olmuşdur. Müqavilə 26 oktyabrda Arava Vadisinin (ing. Arabah) cənub sərhədlərində imzalanmışdır. Bu müqavilə ilə İordaniya Misirdən sonra İsrail ilə əlaqələrini normallaşdıran ikinci Ərəb ölkəsi olmuşdur.
Fələstin Milli Rəhbərliyi ilə İsrail arasında imzalanan 1993-cü il tarixli Oslo I Anlaşması, İordaniya-İsrail sülhünün də zəminini hazırladı. Bunun sayəsində uzun zamandır İordaniya ilə İsrail arasında yaxşı gedən əlaqələr rəsmiləşdi. İordaniya-İsrail əlaqələri, İordaniya Kralı Hüseynin Qərb yönümlü siyasəti və aralarında ciddi sərhəd problemi olmaması səbəbi ilə digər Ərəb dövlətləriylə müqayisədə nisbətən problemsiz idi.
İsrail-İordaniya arasında 1948-ci ildəki Ərəb-İsrail döyüşündən etibarən var olan gərgin əlaqələr, Süveyş Böhranından sonra fələstinli fədailərin İordaniyadan etdiyi hücumların azalması ilə yumşalmağa başladı. 1967-ci il müharibəsi ilə İsrailin İordaniya nəzarətindəki Şərq Qüds ilə Qərb Şəriyəni işğal etməsindən sonra gərginlik yaşansa da, 1970-ci ildə İordaniyanın Fələstin Azadlıq Təşkilatını ölkədən çıxarmaq üçün başlatdığı "Qara Sentyabr" hadisələri adı verilən mübarizədə İsrail, İordaniyaya dəstək vermişdi. Hadisələr qarşısında Suriya İordaniyaya ordu göndərərkən İsrail Hava qüvvələri isə etdiyi uçuşlarla Suriyaya göz dağı vermişdi. 1973-cü il Ərəb-İsrail müharibəsində İordaniya müharibəyə müdaxilə olmaq istəməmişdir, ancaq çətin vəziyyətdə qalan Suriyaya döyüşün sonlarında kömək etmişdi.
1988-ci ildə İordaniya, İsrail ilə ediləcək bir barış üçün Qərb Şəriyyəni geri almaq şərtindən imtina etdi. Oslo I Sazişinin davamı olaraq İsrail baş naziri İzak Rəbin ilə İsrail xarici işləri naziri Şimon Peres, İordaniya ilə barış istədiklərini açıqladılar. Həmin dövrdə ABŞ başçısı Bill Clinton da Haşimoğullarından Kral Hüseynə barışa razılaşması üçün təzyiqdə etdi və əgər barış edilsə İordaniyanın borclarının silinəcəyini vəd etdi. Bir araya gələn Rəbin, Hüseyn və Clinton, 25 iyul 1994-cü ildə Vaşinqton Bəyannaməsini imzaladılar. Bəyannamədə iki ölkə arasındakı müharibə vəziyyətinin sona çatdığı və BM Təhlükəsizlik Şurasının 242 və 338 saylı qərarlarının təməl alınacağı ədalətli bir sülhsevər danışıqların baş tutacağı ifadə edildi.
Vaşinqton Bəyannaməsindən sonra başlayan sülh danışıqlarında problemlərdən biri İsrailin nəzarətində olan Arava Vadisindəki 400 km²-lik torpaq sahəsi ilə əlaqədar idi. Digər əhəmiyyətli bir problem isə İordaniya Çayı sularının bölünməsi idi. İsrail, Taberiyə gölündən çıxan İordaniya Çayı sularını Degania Anbarında yığır və buradan milli su şəbəkəsinə köçürürdü. Bu problemlər İsralin Aravadakı torpağın böyük bir qismini İordaniyaya verməyi qəbul etməsi və İsrailin İordaniyaya hər il 50 milyon m³ su verməyi öhdəliyinə götürməsi ilə həll edildi. Bundan əlavə, İordaniya və İsrail Yarmuk Çayı sularını da paylaşacaqdılar. Bu bölünməyə görə İordaniya suların dörddə üçünü götürəcəkdi. Problemli mövzulardan sora İordaniya-İsrail əlaqələrinin normallaşması, iki ölkə arasında diplomatik əlaqələrin təsisi, iki ölkənin bir-birlərinin suverenliklərinə hörmət etməsi, terrora qarşı əməkdaşlıq və Fələstinlilərlə ediləcək bir sülhdə Qüdsdəki müqəddəs məkanlarla əlaqədar İordaniyaya qoruyucu statusun verilə biləcəyi mövzularında razılaşdılar. 26 oktyabr 1994 tarixində İordaniya baş naziri Abdülselam Əl Macalı və İsrail baş naziri İzak Rəbin, Arava Vadisinin cənub sərhədlərində İsrail-İordaniya Sülh Müqaviləsi imzaladılar.