İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi (2023)

İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi — 2023-cü ildə Qəzzada müharibə zamanı yaraqlıların saxladığı girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrailHƏMAS arasında aparılmış bir sıra mübadilələr. Danışıqlar Qətər, MisirABŞ-nin vasitəçiliyi ilə aparılmış, daha geniş müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi olmuşdur. İsraildə sövdələşmə "Cənnətin qapısı" əməliyyatı (ivr.דלתות שמיים‏‎), xarici vətəndaşların reabilitasiyası üçün alt proqram isə "Dostluq əli" əməliyyatı (יד אחות) adlandırılmışdır.

İsrail 107-si uşaq olmaqla 240 fələstinli məhbusu azad etmişdir. Onların dörddə üçü cinayət törətməkdə mühakimə olunmamışdır.[1] Bunun müqabilində HƏMAS 81 İsrail, 23 Tayland və 1 Filippin vətəndaşı olan 105 mülki şəxsi azad etmişdir.[2]

  1. Shao, Elena. "Freed Palestinians Were Mostly Young and Not Convicted of Crimes". The New York Times. December 2023. 2 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2023.
  2. "8 Israeli hostages freed from Gaza at end of seventh day of truce". The Times of Israel. 30 November 2023. 30 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2023.