İstanbul erməniləri (erm.Պոլսահայեր; türk.İstanbul Ermenileri) Türkiyədə yaşan etnik erməni icmasının əsas hissəsini təşkil edən, İstanbul şəhərinin müxtəlif bölgə və səmtlərində yaşayan etnik ermənilər. İstanbul ermənilər tərəfindən tez-tez Bolis (erm.Պոլիս) adlandırılır ki, bu da şəhərin tarixi adı olan Konstantinopolun sonluğu ilə uyğunluq təşkil edir.
türk erməni icmasının əsas hissəsidir və tarixən Türkiyəninİstanbul şəhərinin ən böyük etnik azlıqlarından biridir. İstanbulun etnik müxtəlifliyi ilə bağlı aparılmış hesablamalara görə şəhərdə 50.000, 60.000 və ya 70.000 min civarında etnik erməni yaşamaqdadır. İstanbul erməniləri İstanbulun və ümumilikdə Türkiyənin ən böyük qeyri-müsəlman etnik azlığını təşkil etməkdədirlər.[3][4][5][6][7] Şəhər ermənilər min ildən çoxdur öz tarixi vətənlərində yaşadıqları üçün erməni diasporasının bir parcası olaraq qəbul edilmirlər.[8][9][10]
İstanbul erməniləri deyildikdən adətən şəhərdə öz evi olan və əsrlərdir burada yaşayan, işləyən və Türkiyə vətəndaşı olan etnik ermənilər nəzərdə tutulur. 1991-ci ildən etibarən Ermənistanın müstəqillik qazanmasından sonra Ermənistanda yaranmış sosial problemlərə görə çox sayda etnik erməni işləmək və daha yaxşı güzəran qurmaq məqsədilə İstanbula gəlmiş və burada işləməyə başlamışdır.
Şəhərə sonradan gələn və burada məskunlaşan Ermənistan vətəndaşı olan ermənilər sözügedən icmaya qoşulsalar da adətən ənənəvi İstanbul ermənilərindən sayılmır. İstanbul ermənilərini şəhərə 1991-ci ildə gələnlərdən fərqləndirən əsas xüsusiyyət Türkiyə vətəndaşı olmaqlarıdır.[11]
↑Herzig, Edmund; Kurkchiyan, Marina, redaktorlar The Armenians: Past and Present in the Making of National Identity. Abingdon, Oxon, Oxford: RoutledgeCurzon. 2005. 133. ISBN0203004930.
↑Zaryan, Sinan, Armenian Soviet Encyclopedia, p. 385.
↑Kouymjian, Dickran. "Armenia from the Fall of the Cilician Kingdom (1375) to the Forced Emigration under Shah Abbas (1604)" in The Armenian People From Ancient to Modern Times, Volume II: Foreign Dominion to Statehood: The Fifteenth Century to the Twentieth Century. Richard G. Hovannisian (ed.). New York: St. Martin's Press, 1997, p. 13. ISBN0-312-10168-6.
↑"Sinan, an Armenian architect": Chisholm, Hugh. The Encyclopaedia Britannica; A Dictionary of Arts, Sciences, Literature and General Information. 1910, page 426.
↑The Armenian People from Ancient to Modern Times: Foreign dominion to statehood : the fifteenth century to the twentieth century; Volume 2 of The Armenian People from Ancient to Modern Times, Richard G. Hovannisian, Palgrave Macmillan, 2004. ISBN978-1-4039-6636-0