Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İstəmi Yabqu | |
---|---|
Göytürklərin qərb yabqusu | |
554 – 576 | |
Sonrakı | Tardu xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir və ya VI əsr |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Aşina Tuvu |
Uşaqları | Tardu xaqan,Tamqan şad |
Ailəsi | Aşina |
Dini | Tenqriçilik |
İstəmi xaqan (bilinmir və ya VI əsr – 576 və ya VI əsr, Göytürk xaqanlığı) — Aşina sülaləsindən de-fakto Göytürk xaqanı.
İstəmi yabqu, de-fakto müstəqil amma rəsmi olaraq xaqan olmayan yabqu idi. Bizans imperiyası və Sasanilərlə diplomatik əlaqələri gücləndirmişdir. Özü haqqında Bizans arxivlərində geniş məlumat tapmaq olar. Bizanslılar tərəfindən Stembis Dizaboulos olaraq bilinirdi. Bumın xaqanın qardaşı idi.
Göytürk Xaqanlığının qısa zamanda güclənməsində böyük rol oynamışdır. Çinə səfərlər təşkil etmiş, Ağ Hunların əlindəki İpək Yolunu ələ keçərmək üçün Sasanilərlə müttəfiqlik etmişdir. Bu ittifaq nəticəsində Ağ Hunların dövləti son verilmişdir. Ancaq bir müddət sonra Sasanilərin İpək Yoluna göz dikməsinə reaksiya olaraq Bizansla ittifaq etmiş və Sasaniləri çətin vəziyyətdə qoymuşdur. Güclü Türk yabqusu İstəminin zamanında dövlət ən geniş sərhədlərinə çatmışdır.