İta Rina | |
---|---|
sloven. Ita Rina | |
Doğum tarixi | 7 iyul 1907[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 may 1979[1][2][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bronxial astma |
Dəfn yeri |
|
Uşağı | 2 |
Fəaliyyəti | aktrisa, model[d], gözəllik müsabiqəsi iştirakçısı, kino aktrisası |
Vikianbarda əlaqəli mediafayllar |
İta Rina (sloven. Ita Rina 7 iyul 1907[1][2][…], Divaça[d], Avstriya-Macarıstan[3] – 10 may 1979[1][2][…], Budva, Yuqoslaviya SFR[3]) — Yuqoslaviya aktrisası.
Avstriya-Macarıstanda (indiki Sloveniya) kiçik Divas şəhərində anadan olmuşdur[4]. Birinci Dünya müharibəsinin başlanmasından qısa müddət sonra ailəsi Lyublyana köçür. Burada 1923-cü ildə Rina məktəbə gediR. 1926-cı ildə Miss Slovenia gözəllik yarışmasının qalibi olUR və bununla da Ümumqyuqoslav gözəllik yarışmasında iştirak etmək üçün növbəti mərhələyə keçir. Ancaq anası əvvəlcə onu Zaqrebə buraxmaq istəmir və Rina buna baxmayaraq yarışmaya gələndə artıq qalib seçilmişdi. Buna baxmayaraq, o, Zaqrebdəki ən böyük kinonun sahibi Adolf Müllerin diqqətini çəkir. Onun fotoşəkilini alman film prodüseri Peter Ostermeyerə göndərir[5]. Gənc model onu maraqlandırdır və film çəkmək üçün Berlinə dəvət edilir. Ancaq Rinanın anası yenidən onun getməsinə qarşı çıxır. Bu səbəbdən o evdən qaçır. Berlinə gəldikdən sonra Rina bir müddət aktyorluq, rəqs kurslarına qatılır[4][5][6]. 1927-ci ildə Franz Ostenin "Uşaqlar valideynlərindən nəyi gizlədir" filmində debüt edir və bir il sonra "Sonuncu şam yeməyi" filmindəki işi alman kino tənqidçiləri tərəfindən müsbət qiymətləndirilir. Rina Qustav Mahatın "Erotikon" melodramında əsas rol oynayır. Onun növbəti əsas rolu ilk çex səs filmi olan "Tonka Sibenice"-də Tonka rolu olur. Bir il sonra, aktrisa Miodraç Çorjeviç ilə evlənir və katoliklikdən pravoslavlığa keçir. Bundan sonra Tamara Çorjeviç adını alır[4][5][6]. Aktrisa 1939-cu ilə qədər filmlərdə çəkilməyə davam edir. Hollivudda da bir iş təklifi alır, ancaq əri buna qarşı çıxır və Rina imtina etməli olur[4][5]. Film karyerasını başa vurduqdan sonra Rina və əri Belqradda köçür. Burada İta 1940-cı ildə Mil adlı bir oğlan övladı dünyaya gətirir. 1941-ci ildə şəhərin bombalanması ilə, ailəsi ilə birlikdə qızı Tiyananın doğulduğu Vrnyaçka Banyaya şəhərinə köçür. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ailə Belqrada qayıdır. Burada yeni sosialist rəhbərliyi onun kinoda yeni rollarını vəd edir. Ancaq planlaşdırılan bütün filmlər ləğv edilir və bundan sonra Rina yalnız 1960-cı ildə fantastikVelko Bulayiçin "Döyüş" filmində kiçik bir rol oynayaraq böyük ekranda görünür. Ömrünün sonunda aktrisa astma xəstəliyindən əziyyət çəkir və 1967-ci ildə əri ilə Adriatik sahillərində yerləşən Budva şəhərinə köçür. Üç il sonra 71 yaşında dünyasını dəyişir və Belqradda dəfn edilir.