İtum-Kali

İtum-Kali
Итон-Кхаьлла
42°44′08″ şm. e. 45°34′33″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 717 m
Əhalisi
Əhalisi
  • 1.045 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 87164
Digər
itum-kale.ru
Xəritəni göstər/gizlə
İtum-Kali xəritədə
İtum-Kali
İtum-Kali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İtum-Kali (çeç. Итон-Кхаьлла) — Çeçenistan Respublikası, İtum-Kali rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İtum-Kali rayonunun və İtum-Kali kənd sovetliyinin mərkəzidir. İtum-Kali kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.

Kənd Argun çayının hər iki sahilində, Heldixoyerk qolunun ona birləşdiyi yerdə, Şatoy kəndindən 24 km cənub-qərbdə və Qroznı şəhərindən 75 km cənub-qərbdə yerləşir.

Ən yaxın yaşayış məntəqələri: cənub-şərqdə Veduçi, şimalda Kokadoy və şərqdə Tazbiçi.

İtum-Kalinin cənubunda və kəndin yaxınlığında orta əsrlərə aid bir çox abidələr var - qüllələr, qəbirstanlıqlar. Qədim Şulkaq kəndi hazırda İtum-Kalinin bir hissəsidir. Ehtimal ki, M. Yu. Lermontovun "Dağ kəndinə mənzərə" rəsmində təsvir məhs bura təxvir edilmişdir.

M. Y. Lermontov "Dağ kəndinə mənzərə" 1840-1841.

1858-ci ildə Arqun çayının sağ sahilində İtum-Kalidən cənubda «Yevdokimskoe istehkamı»[4][5] inşa edilmişdir. 1944-cü ildə Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra İtum-Kali kəndi Alaxevi olaraq adlandırılır. Üstəlik Gürcüstan SSR tərkibinə verilir. 1967-ci ildə burada Arqun tarix-arxeoloji muzey-qoruq təşkil olunur.

İkinci çeçen müharibəsi zamanı, İtum-Kali 10 fevral 2000-ci ildə[6] federal qüvvələr tərəfindən ələ keçirilir.

1999-cu ildə Yaroslavl vilayətində yaşayan Vladimir Epişin qazanc təklifinə razı olaraq aldadılır və köləlik vəziyyətinə salınır. 2 ildən artıq bir müddət Itum-Kali kəndinin bir yerli sakin tərəfindən qul edilir tutuldu. Daha sonra başqa bir qul sahibinə satılaraq, qonşu Gürcüstana aparılır və yalnız 2002-ci ildə sərbəst buraxılır[7].

Martın 31 2000-ci ildə kəndin yaxınlığında, polis general-mayorunun Gennadi NikolaeviÇ Şpiqunun cəsədi tapılır. O, 5 mart 1999-cu ildə bir başa Qroznı hava limanından çeçen döyüşçüləri tərəfindən qaçırılmışdır[8].

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[9]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 689 64,51 %
ruslar 122 11,42 %
avarlar 81 7,58 %
ləzgilər 50 4,68 %
tabasaranlılar 47 4,40 %
qumuqlar 24 2,25 %
azərbaycanlılar 15 1,40 %
digərləri 40 3,75 %
ümumi 1 068 100,00 %

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Evlərin əksəriyyəti kəsilməmiş daşdan hörülmüş, gil ilə suvanmışdır. Evlərin ətraf hissəsi alçaq daş hasarla əhatə olunmuşdur. Burada bərpa olunan kənd məscidi fəaliyyət göstərir[10].

Kənddə Rusiya Qəhrəmanı Maqomed Uzuyevin büstü qoyulmuşdur. Burada Maqomed Uzuyevin adını daşıyan Argun sərhəd sərhəd məntəqəsi fəaliyyət göstərir[11]

  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. 1 2 GEOnet Names Server. 2018.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. Военно-историческая карта северо-западного и северо-восточного Кавказа 1899 г.
  5. "Кавказский сборник, издаваемый по указанию Его Императорского Высочества Главнокомандующего Кавказской Армией. Том III". 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  6. Геннадий Трошев. "Моя война. Чеченский дневник окопного генерала. Кампания в горах. 1999-2000". 2002-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07 ноября 2006.
  7. "Ольга Алленова. Газета «Коммерсантъ» № 42 от 13.03.2002, стр. 1. Панкисский пленник Корреспондент Ъ освободила раба с 12-летним стажем". 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  8. "Шпигун Геннадий Николаевич (1947—2000)". 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  9. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населенным пунктам, сельским населенным пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  10. "Мечеть в Итум-Кали (фото)". 2016-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-08.
  11. X. Эскерханов Торжества в Итум-Кали Arxivləşdirilib 2006-03-27 at the Wayback Machine