İvar Andreas Osen | |
---|---|
Doğum tarixi | 5 avqust 1813[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1896[1][2][…] (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | filoloq, leksikoqraf, dilçi, tərcüməçi, yazıçı, botanik, şair, Bibliya tərcüməçisi[d], gündəlik yazıçısı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
İvar Andreas Osen (norv. Ivar Andreas Aasen; 5 avqust 1813[1][2][…], Ersta[d][3] – 23 sentyabr 1896[1][2][…], Kristianiya[d][3]) — Norveç filoloqu, leksikoqrafı və şairi. O, növbədə Norveç dilinin yazılı formalarından biri olan Nyunorskun yaradıcısı kimi tanınır. Osen həmçinin, şair kimi də tanınır. O, "Norveçli" poemasının müəllifidir.
İvar Andreas Osen 5 avqust 1813-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, ibtidai sinif müəllimi işləmişdir. Osen Norveçin bir çox yerlərini gəzdikdən sonra "Norveç xalq dilinin qrammatikası" (norv. Det Norske Folkesprogs Grommatik, 1842) və "Norveç xalq dili lüğəti" (Ordbog Over det Norske Folkessprog, 1850) əsərlərini nəşr etdirərək Landsmolun əsasını qoymuşdur. Onun botanika üzrə əsərləri, şeirlər toplusu və lirik dram əsərləri də var.[5]