İvrit əlifbası

İvrit əlifbasıSami dil ailəsinə daxil olan və İsrail dövlətinin rəsmi dövlət dili olan İvrit dilinin yazılması üçün istifadə olunan əlifba.

İvrit əlifbasında yazı digər Sami əlifbasındakılar kimi sağdan sola yazılır. Əlifba 22 samit hərfdən ibarətdir. Sait səslər yazılmır və sait hərf də yoxdur. Hərflər bitişdirilməz və ayrı yazılır. 5 hərfin sözün sonunda yazılışı başqa cürdür.

Sait səslər (Nikkud, cəm: Nikkudot) əsas hərflərə qoyulan işarələrlə ifadə olunur, amma bu nöqtələmə çox vaxt istifadə olunmur. Bunlar ancaq dini mətnlərdə tədbiq olunur.

İvrit əlifbası təkcə İsrail yəhudilərinin deyil, həmçinin Aşkenazilərin danışdığı və German mənşəli olan yidiş (yəhudi almanca) ilə Seferad mənşəli yəhudilərin danışdığı ladino (yəhudi ispanca) dilinin yazılmasında da istifadə olunur. Musa peyğəmbərin dövründə yəhudilərin müqəddəs kitabı olan Tövrat ivrit dilində yazıldığına görə yəhudilər bu dili "Müqəddəs Dil" də adlandırırlar.

Tarix boyunca çox az şəkil dəyişdirmiş əlifbanın antik dövr İvrit əlifbası, Xana yazı, əl yazısı, raşi və solitreo kimi formaları mövcuddur.

Hər ivrit hərfinin öz cəbri dəyəri vardır. Məsələn, alefin dəyəri 1, yodun dəyəri 10-dur. 11 ədədi isə bu iki hərfin birləşməsi ilə əmələ gəlir. (יא).

Hərf Sofit Adı Səs Cəbri dəyəri
א Alef a 1
ב Bet, vet b, v 2
ג Qimel q 3
ד Dalet d 4
ה He h, a 5
ו Vav v, u, o 6
ז Zayin z 7
ח Xet x 8
ט Tet t 9
י Yud y, i 10
ך כ Kaf k, x, h 20
ל Lamed l 30
ם מ Mem m 40
ן נ Nun n 50
ס Sameh s 60
ע Ġayin ġ 70
ף פ Pe, fe f, p 80
ץ צ Tsadik ts 90
ק Kuf k 100
ר Reş r 200
ש Şeş ş, s 300
ת Tav t 400